Dünya
Proqnoz: Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatını azaldacağı gözlənilmir
Xarici ekspertlər Rusiya və Səudiyyə Ərəbistanının OPEC-in noyabrın 30-da Vyanada (Avstriya) keçiriləcək sammitində hasilatın azaldılması qərarına müsbət yanaşmasına baxmayaraq, bunu real hesab etmirlər.
Misir fironu Tutanhamon qafqazlı imiş - Sensasion araşdırma
Alimlərdən ibarət qrup bir neçə il ərzində tomoqrafiya vasitəsilə oğlan - fironun üzünü canlandırmağa çalışıb. Onlar 2 mindən çox tomoqrafiya şəkli çəkiblər. Olaylar.az azvision.az-a istinadən bildirir ki, eyni vaxtda mütəxəssislər Misir fironu Tutanhamonun və onun yaxınları ehtimal olunan şəxslərin üzərində genetik daktiloskopiya (DNK) həyata keçiriblər.
"Eurovision"da Kipri erməni müğənni təmsil edəcək
"Eurovision : 2017" mahnı müsabiqəsində Cənubi Kipri təmsil edəcək müğənninin adı açıqlanıb. Olaylar.az qafqazinfo-ya istinadən bildirir ki, Kipri erməni mənşəli müğənni Hovig Demirjian təmsil edəcək.
2 ilin gəlini yataq otağında özünü öldürdü
Türkiyədə intihar faktı qeydə alınıb.
Türkiyənin İŞİD-ə qarşı əməliyyatlarda iştirak etməsini istəyirik
Bu gün Türkiyədə səfərdə olan ABŞ müdafiə naziri Eşton Karter Ankaranın Suriya və İraqdakı proseslərlə maraqlanmasının məqbul olduğunu bəyan edib.
Mosulda 550 ailə girov götürülüb
İŞİD terrorçuları Mosulda 550 ailəni girov götürüb və döyüşlərdə canlı sədd kimi istifadə edir.
Rusiya-Türkiyə münasibətləri: qlobal ziddiyyətlər fonunda yeni tarixi imkan
Ekspertlər Moskva ilə Ankara arasında müşahidə edilən yaxınlaşma prosesinə getdikcə daha çox maraq göstərirlər. İki böyük dövlət arasında tarixdə hansı hadisələrin baş verdiyi məlumdur. İndi isə hesab olunur ki, bu aspektdə müsbətə doğru ciddi dəyişikliklər ola bilər.
İŞİD Kərkükə hücum etdi - VİDEO
İŞİD terror təşkilatı Kərkükə hücum edib. Olaylar.az Trend-ə istinadən bildirir ki, İŞİD-in İraqın Kərkük şəhərində olan üzvləri səhər saatlarından şəhər mərkəzində təhlükəsizlik qüvvələrinə məxsus binalara hücum ediblər.
Oliqarx Ermənistana 2 milyard dollar bağışladı
Ermənistanın keçmiş xarici işlər naziri, hazırda müxalifətdə olan “Birlik” partiyasının lideri Vardan Oskanyan məlumat yayıb ki, məşhur erməni milyarder Kirk Kerkoryan vəsiyyətində Ermənistana 2 milyard dollardan çox pul bağışlayıb.
Məşhur terrorçu öldürüldü
İŞİD-in cəlladı, əslən Rusiyadan olan "Cihadi-Tolik" ləqəbli terrorçu İraqda öldürülüb. Azvision.az bildirir ki, "Cihadi-Tolik" Mosul uğrunda gedən döyüşlərdə öldürülüb.
ABŞ-ın müdafiə naziri: "Türkiyə Mosul əməliyyatında olmalıdır"
"Türkiyənin Mosul əməliyyatında iştirak etməsi lazımdır". Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Ankarada səfərdə olan ABŞ müdafiə naziri Eşton Karter deyib.
Yaxın Şərq uğrunda mübarizə yeni mərhələdə
Yaxın Şərq uğrunda mübarizənin yeni mərhələsi başlayıb. Hazırda İraqın Mosul şəhərində İŞİD terror təşkilatına qarşı Birləşmiş Ştatların rəhbərliyi altında beynəlxalq koalisiyanın apardığı mübarizə, eləcə də ona olan beynəlxalq reaksiya bunu təsdiqləyir. Belə ki, Mosul əməliyyatlarından Türkiyənin hər vəchlə kənarlaşdırılması fonunda bunu aydın görmək mümkündür. Əslində isə bu Türkiyə ilə yanaşı Rusiyaya da ünvanlanmış bir mesajdır. Yəni, Vaşinqton və onun sadiq “müttəfiqləri” bununla bəyan etmiş olurlar ki, Yaxın Şərq məhz həmin güclərin nəzarəti altında olmalıdır. Eyni zamanda Mosul əməliyyatı Suriya lideri Bəşər Əsəd və onu bu ölkədə qanlı toqquşmalar başlayan gündən ciddi cəhdlə müdafiə edən Rusiyaya bir xatırlatmadır ki, Mosuldan sonra sırada Dəməşq ola bilər. Bütün bu proseslərin regionda ciddi bir münaqişəyə gətirib çıxaracağını istisna etməyən ekspertlər iddia edirlər ki, əslində beynəlxalq koalisiyanın başladığı mübarizə tam mənada İŞİD terror təşkilatına qarşı deyil. Sadəcə İŞİD burada istinad nöqtəsidir. Başlıca məqsəd Birləşmiş Ştatların Yaxın Şərqə nəzarətini təmin etməkdir.
Oğlan sevgilisini xırda səbəbə görə bu hala saldı
Şotlandiyada sevgilisinə 4 saat ərzində işgəncə verən oğlana 21 aylıq həbs cəzası verilib.
"Ərimlə yad qadın maşının arxa oturacağında..."
Türkiyəli müğənni və aktrisa Yeşim Salkım canlı yayımda şəxsi həyatı ilə bağlı etiraflar edib.
Reytinq sırasında birinci olan serial da final
Avqustun 20-də FOX kanalında nümayiş edilməyə başlanan "Rüzgarın Kalbi" serialı maraqlı ssenarisi ilə milyonları ekran başına cəlb edərək az bir zaman içində reytinqlərdə ən üst sıradakı yerlərə qədər gəlmişdi. Ancaq ən son gələn xəbərlərə görə, serial bu ayın 24-də tamaşaçılarla vidalaşacaq. Ən üst reytinq sırasında yer alan serial hansı səbəbə görə qəflətən yayımdan çıxarılır? Səbəb serialın nümayiş etdirildiyi gün ilə əlaqədarmış. Filmin çəkiliş heyətinin açıqlamasına görə, serial həftənin şənbə günləri ekrana çıxırdı, ancaq kanal rəhbərliyi nümayiş tarixini bazarertəsi gününə dəyişdirdiyi üçün serial ciddi düşüşə keçib və “Rüzgarın Kalbi”nin çəkilişinin dayandırılmasına qərar verilib. Xəbəri “Olaylar”ın türkiyə bürosu yayıb.














