Dünya

Aktrisanın bacısını bıçaqlayana 14 il həbs verildi

21 Oktyabr 2016 20:06

“Beni affet” serialında “Feride” obrazını canlandıran Şeymaz Korkmazın bacısı Tuba Korkmazı bıçaqlayan keçmiş sevgilisi Fatih Sığırın məhkəməsi keçirilib.

Simsiz şəbəkələrdə məlumatları saniyədə 1 terabit sürətlə ötürməyə imkan verən texnologiya hazırlanıb

21 Oktyabr 2016 19:55

Rays Universitetinin alimləri lazerlərin köməyi ilə qabaqcıl radioimpuls texnologiyası işləyib hazırlayıblar. Belə texnologiya əsasında məlumatları saniyədə 1 terabit (1 terabit 1 trilyon bit deməkdir) sürətlə ötürə bilən simsiz şəbəkə hazırlanacaq. Belə sürət hazırda “LTE” şəbəkəsi tərəfindən  təmin edilən sürətdən 20 min dəfə yüksəkdir.

Hokinq: “Süni intellekt bəşəriyyət üçün təhlükəli ola bilər”

21 Oktyabr 2016 19:50

Britaniyalı fizik-nəzəriyyəçi Stiven Hokinq  süni intellektin bəşəriyyət tarixində rolunu çoxmənalı hesab edir.

Ancelina Coli 3 saat dindirildi

21 Oktyabr 2016 19:45

ABŞ-ın Federal Təhlükəsizlik Bürosu (FBI) Ancelina Coli və Bred Pit boşanmasında səbəb kimi göstərilən zorakılıq iddialarını araşdırmağa başlayıb.

Körpəni səsdən oyanmağa qoymayan “ağıllı” uşaq çarpayısı təqdim edilib

21 Oktyabr 2016 19:37

Pediatr Harvi Karp körpələrə tez yuxuya getməyə kömək edəcək və gecə vaxtı onların yuxusunu izləyəcək innovativ uşaq çarpayısı yaratmaq üçün İsveçrənin "Fuseproject” dizayner studiyası və Massaçusets Texnologiya İnstitutunun laboratoriyasının mühəndislər qrupu ilə səylərini birləşdirib. Beşillik əməkdaşlıq nəticəsində mütəxəssislər “Snoo” adlanan avtomatlaşdırılmış uşaq çarpayısı yaratmağa nail olublar.

Mixəyin bilinməyən FAYDALARI

21 Oktyabr 2016 19:18

Ümumiyyətlə, ağızda arzuolunmaz qoxuları aradan qaldırmaq üçün istifadə etdiyimiz mixəyin orqanizm üçün bir çox faydası var. Aile.lent.az deyerler.org-a istinadən həmin faydaları sadalayır.

Fəthullah Gülənin ölüm tarixi internetə düşdü

21 Oktyabr 2016 19:13

"Google"da Fəthullah Gülənin gələn il öləcəyi qeyd edilib. Olaylar.az lent.az-a istinadən bildirir ki, google-da Fəthullah Gülənin adı axtarışa veriləndə çıxan "Vikipediya" səhifəsində şəxsi məlumatlar sırasında onun ölüm tarixi də qeyd edilib.

Kıvanç Tatlıtuğdan kaskadyor etirafı

21 Oktyabr 2016 19:06

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ xanımı Başak Dizer ilə birlikdə teatra yollanıb. Milli.Az "gecce magazin"ə istinadla bildirir ki, ikili əl-ələ tutaraq teatra tamaşa edib. Onların səmimi halları paparassilərin diqqətindən yayınmayıb.

Telekanala silahlı basqın: tanınmış jurnalist güllələndi

21 Oktyabr 2016 19:02

İraqda telekanalına silahlı basqın olub. Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, Kərkükdə "Türkməneli TV"yə basqın edən silahlılar xəbərlər buraxılışının redaktoru Əhməd Nəcməddin Həcəroğlunu güllələyiblər. Jurnalist aldığı güllə yaralarından keçinib. Olaylar.az

Baş nazir: "Heç kəsin torpağına iddia etmirik, amma..."

21 Oktyabr 2016 18:43

Türkiyənin Suriyadakı fəaliyyəti terror təşkilatlarının məhv edilməsinə yönəlib. Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Evinə çağırdığı qonşusunun 15 yaşlı qızını zorladı

21 Oktyabr 2016 18:42

Türkiyədə daha bir cinayət böyük etiraza səbəb olub. Milli.Az milliyet-ə istinadən bildirir ki, Zonquldağdan evinə çağırdığı qonşusunun 15 yaşlı G.D. adlı qızını zorladığı iddiası ilə həbs edilən A.K. azadlğa buraxılıb. 9 il 2 ay həbs cəzası alan təqsirli şəxs vaxtından əvvəl azadlığa buraxıldığından qızın ailəsi məhkəmə qərarına etiraz ediblər. 

Erməni nazir və generalları Azərbaycan torpağına gəldilər

21 Oktyabr 2016 18:40

Qarabağ separatçılarının lideri Bako Saakyan bu gün Xankəndində Ermənistanın yeni müdafiə naziri Viqen Sarkisyan, Ermənistan SQ-nın Baş Qərargah rəisi Movses Akopyan və Ermənistan prezidentinin məsləhətçisi, hərbi inspektor, general-polkovnik Mikael Arutyuyanla görüş keçirib.

Ayaq barmaqları əlinə tikildi

21 Oktyabr 2016 18:38

Türkiyədə unikal əməliyyat edilib. Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çanaqqalada usta işləyən Hüseyin Dur itirdiyi barmaqlarına görə əməliyyat olunub. Belə ki, ötən il barmaqları mişarın altında qaldığına görə qopan Hüseyn Durun ayaq barmaqları onun əlinə tikilib. 

Erməni general: "Apreldə "İsgəndər"ləri döyüşə hazırlamışdıq, Bakı bunu bilirdi…"

21 Oktyabr 2016 18:21

Ermənistan növbəti dəfə "İsgəndər" raketlərindən "kozır" kimi istifadə edərək Azərbaycanın ünvanına hərbi təhdidlə çıxış edib. Virtualaz.org bildirir ki, Ermənistan silahlı qüvvələrinin raket və artilleriya qoşunlarının qərargah rəisinin müavini, polkovnik Artavazd Yağmuryan bu gün jurnalistlərə bildirib ki, onlar "İsgəndər" operativ-taktiki raketlərini heç kimdən icazə almadan tətbiq edə bilərlər.

Çində davam edən devalvasiyanın tempi proqnozları qabaqlayır

21 Oktyabr 2016 17:36

Çində ABŞ dollarının məzənnəsi 6,7611 CNY/USD səviyyəsinə kimi geriləyərək son 6 ilin minimal həddinə enib. Bu, dolların qlobal valyuta bazarında möhkəmlənməsi və Çin hökumətində ixracın azalması səbəbindən yuanın ucuzlaşmasına icazə verəcəyinə dair siqnalların gəlməsi ilə bağlıdır.