Dünya

“Həll olunmamış münaqişələr hədsiz iztirablara yol açır”- Baş katib

24 Oktyabr 2016 12:51

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Munun BMT Günü münasibətilə müraciəti yayılıb.SİA-nın məlumatına görə, müraciətdə deyilir ki, bu günün qeyd edilməsi dünya və BMT üçün keçid dövrü ərəfəsinə düşür: “Bəşəriyyət Dayanıqlı İnkişaf üçün 2030 gündəliyinin böyük vədini həyata keçirmək üzrə qlobal öhdəliklə dayanıqlılıq erasına qədəm qoyub. Bununla da, təşkilatın 71-ci ilində bizi sağlam planetdə hamı üçün daha yaxşı gələcəyə doğru aparan 17 məqsədimiz var. Dünya, həmçinin mineral yanacaqların yandırılması ilə firavanlığa aparan yolun olması düşüncəsini geridə qoymağa doğru irəliləyir. Rekord səviyyədə istiləşmənin baş verdiyi bir anda üzv ölkələr rekord müddətdə iqlim dəyişikliyi ilə bağlı Paris razılaşmasını qəbul etdi. Bu əlamətdar razılaşma 4 noyabr tarixində qüvvəyə minəcək. Bu tarixi astana çərçivəsində daha yaşıl, daha təmiz və az miqdarda karbon əsaslı inkişafa nail olmaq üçün bizi ən yaxşı imkanlar gözləyir”.  

Gülənin qardaşı uşaqları da tutuldu

24 Oktyabr 2016 12:14

Türkiyədə FETÖ terror təşkilatının lideri Fətullah Gülənin qardaşı uşaqları Hüseyn Gülən və Büşra Gülən saxlanılıb.

ABŞ-da bir neçə ev qaz sızması səbəbindən təxliyyə edilib

24 Oktyabr 2016 12:02

ABŞ-ın Filadeldiya ştatında qaz sızması səbəbindən bir neçə evin sakinlərio polis tərəfindən təxliyyə edilib.

Ermənistanla müharibədə itkin düşən 3824 şəxs DNT analizi ilə axtarılır

24 Oktyabr 2016 11:49

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Mədət Quliyevin göstərişinə uyğun olaraq, itkin düşmüş, əsir-girov götürülmüş şəxslərlə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və işdə tətbiqi üçün Xorvatiyanın analoji qurumu ilə əlaqələr yaradılıb.

Maykl Ceksonun bacısı hicab bağladı

24 Oktyabr 2016 11:47

Dünya pop-musiqisinin mərhum kralı, amerikalı Maykl Ceksonun bacısı Canet Cekson əri, milyarder Vissam əl Məna ilə birlikdə Londondadır.

"Şakro"nun xəzinədarı on milyonlarla dolları götürüb İrəvana qaçdı 

24 Oktyabr 2016 11:44

Kriminal aləmdə "Şakro Molodoy" ləqəbli qanuni oğru Zaxari Kalaşovun xəzinədarı kimi tanınanKonstantin Manukyan beynəlxalq axtarışa verilib.

Dünyanın ən soyuq şəhərindən FOTOlar

24 Oktyabr 2016 11:37

Rusiyanın Yakutiya bölgəsində yerləşən Oymyakon dünyanın ən soyuq şəhəri sayılır.

7 DİLDƏ DANIŞAN 4 yaşlı qız milyonları heyran etdi

24 Oktyabr 2016 11:32

Sizcə, 4 yaşlı balaca qız neçə dil bilər? Bəs onun paleontologiyada və ya poeziyada bilikləri hansı səviyyədə olar?

Uruqvay çempionatının oyunu atışma səbəbindən dayandırılıb

24 Oktyabr 2016 11:24

Futbol üzrə Uruqvay çempionatında "Penyarol" və "Rampla Xuniors" komandaları arasındakı oyun yarımçıq qalıb. "Report"un məlumatına görə, buna matçın keçirildiyi "Sentenario" stadionun tualetlərindən birində atışma səbəb olub. 

İŞİD Mosulda 200 dinc sakini qətlə yetirib

24 Oktyabr 2016 11:22

İraqın Mosul şəhərində terrorçu İŞİD qruplaşması 200 mülki sakini qətlə yetirib. "Report" "Haber7"yə istinadən xəbər verir ki, bunu İraq parlamentinin Ninova rayonundan olan deputatı İntisar əl-Cuburi bildirib.

İŞİD qruplaşması İraqın daha bir şəhərini ələ keçirib

24 Oktyabr 2016 11:21

Terrorçu İŞİD qruplaşması İraqın qərbində yerləşən Ər-Rutbah şəhərini ələ keçirib. "Report" "Haber7"yə istinadən xəbər verir ki, terrorçular 6 saat ərzində şəhəri nəzarət altına alıblar.