Dünya

Tuba və əri barışdılar

27 Oktyabr 2016 19:05

Türkiyəli aktrisa Tuba Büyüküstünün aktyor əri Onur Saylakdan boşanacağı haqda xəbərlər neçə aydır gündəmdən düşmür.

Pakistan Hindistandakı diplomatına qarşı casusluqla bağlı ittihamları rədd edib

27 Oktyabr 2016 18:17

Rəsmi İslamabad Nyu Dehlidəki Pakistan səfirliyinin əməkdaşına qarşı casusluqla bağlı ittihamları rədd edib. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə PakistanXarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Ermənistan ordusunda daha bir itki - Yaralılar var

27 Oktyabr 2016 18:05

Bu gün axşam saatlarında Ermənistanın Ararat şəhəri yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Olaylar.az azvision.az-a istinadən bildirir ki, qəza zamanı məzuniyyətdə olan hərbçi David Vardanyanölüb. 

"Əl-Qaidə"nin iki lideri öldürüldü

27 Oktyabr 2016 18:02

Əfqanıstanda "Əl-Qaidə" terror təşkilatının iki lideri məhv edilib. Olaylar.az azvision.az-a istinadən bildirir ki, bu barədə məlumatı ölkənin Milli Təhlükəsizlik idarəsi yayıb. 

Eks-müdafiə nazirinin 13 yaşlı qızı evdən qaçdı

27 Oktyabr 2016 17:59

Rusiyanın keçmiş müdafiə naziri Anatoliy Serdyukovun qızının evdən qaçdığı iddia edilir Olaylar.az qafqazinfo-ya istinadən bildirir ki, sabiq nazirin ikinci evliliyindən olan 13 yaşlı qızı internetdə tanış olduğu 16 yaşlı rəfiqəsi ilə birlikdə qaçıb. Bildirilir ki, 16 yaşlı qız öz valideynlərinə məktub qoyub. Serdyukovun qızı isə anasına telefon vasitəsilə mesaj göndərib.

Qabil Hüseynli: "Sarkisyanın siyasi gedişləri Avropaya xoş gəlmək üçündür"

27 Oktyabr 2016 17:44

"NATO ölkələrinin hər birində müdafiə naziri mülki şəxs olur, ordunun idarəetməsi Baş Qərargaha həvalə edilir. Sarkisyan da göstərmək istəyir ki, orduda ciddi, Avropa və NATO standartlarına uyğun islahatlar aparır. Guya, Ermənistanda NATO standartlarına uyğun ordu quruculuğu aparmaq istəyirlər. Halbuki, ordu bütünlüklə Rusiyanın nəzarətindədir və rus silahları ilə təchiz edilib". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Şok kadrlar: ana 8 yaşlı qızını küçədə zəncirlədi

27 Oktyabr 2016 17:21

Qızını cəzalandırmaq fikrinə düşən ana onu küçədəki işıq dirəyinə zəncirləyib. Səbəb qızın ötən gün məktəbə getmək əvəzinə rəfiqələri ilə parkda oynaması olub.

Putin ukraynalı milyarderə vətəndaşlıq verdi

27 Oktyabr 2016 17:16

Rusiya prezidenti Vladimir Putin ukraynalı milyarder Eduard Şifrinə ölkə vətəndaşlığını verib. Olaylar.az azvision.az-a istinadən bildirir ki, bu barədə məlumat Kremlin rəsmi saytında yerləşdirilib. 

Ermənistan separatçı rejimə yardımı artırır

27 Oktyabr 2016 16:48

Ermənistan Dağlıq Qarabağdakı separatçı rejimə büdcə kreditinin miqdarını artıracaq. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, bu haqda hökumətin bugünkü iclasında qərar qəbul edilib.

Rusiya: “Bütün kimyəvi silahlar məhv ediləcək”

27 Oktyabr 2016 16:39

Rusiya 2017-ci ilin sonuna qədər bütün kimyəvi silahları məhv etməyi planlaşdırır. Olaylar.az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Kimyəvi silahların təhlükəsizliyi və məhv edilməsi üzrə Federal Xidmətin rəhbəri Valeri Kapaşin deyib.

Duma bombardman edildi: 9 ölü

27 Oktyabr 2016 16:38

Suriyanın paytaxtı Dəməşqin Duma rayonu Əsəd qüvvələri tərəfindən bombardman edilib. Olaylar.az axar.az-a istinadən bildirir ki, hadisə nəticəsində 9 dinc sakin həlak olub, onlarla insan yaralanıb.

Ərdoğan: "Rakkanın azad edilməsi üçün "YPG"yə ehtiyac yoxdur"

27 Oktyabr 2016 16:36

Barak Obama ilə telefon danışığında İŞİD-i Rakkadan birlikdə atmağı təklif etdim. Rakkanın azad edilməsi üçün "YPG"-yə (terorçu PKK-nın Suriya qolu - "Report") ehtiyac yoxdur.

NASA-ya gedəcəyi deyilən azərbaycanlı gənc hər kəsi aldatdı

27 Oktyabr 2016 16:32

Sosial şəbəkələrin qəhrəmanına çevrilən Kənan Əhmədli adlı gəncin yalanı üzə çıxıb.   Olaylar.az azxeber.com-a istinadən xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi bununla bağlı açıqlama yayıb. Belə ki, bir neçə gün öncə səfirliyin rəsmi "facebook" səhifəsində Kənan haqda məlumat paylaşılmış və bu haqda yazılmışdı:

Sakinlərdən əxlaqsızlara etiraz: "Onların əlindən küçəyə çıxa bilmirik"

27 Oktyabr 2016 16:18

İzmirdəki Alsancak məhəlləsi fahişələr və translar üçün əsas məkana çevrilib. Milli.Az "Milliyet"ə istinadla bildirir ki, həmin ərazidə yaşayan sakinlər fahişələrin əlindən boğaza yığılıblar. Sakinlər onları polisə veriblər. Onların şikayətində qeyd olunub: "Fahişələrin əlindən küçəyə çıxa bilmirik. Küçəyə çıxmaq bir yana, heç balkondan da baxa bilmirik". Olaylar.az