Dünya
Türkiyə və Rusiyanın hərbi əməkdaşlığı
Türkiyə ilə Rusiya hərbi-texniki əməkdaşlığı bərpa edəcəklər. Belə ki, bu ilin sonuna qədər hökümətlərarası Birgə Hərbi-Texniki Komissiyanın iclasının keçirilməsi gözlənilir. Rusiya Federal Hərbi Texniki Komissiyanın sədri Aleksandr Fominin verdiyi məlumata görə hal – hazırda birgə komissiyanın keçiriləcəyi yer və tarixin müəyyənləşdirliməsi istiqamətində işlər aparılır. Birgə iclasda hər iki ölkənin hərbi siyasi mənafeləri baxımından bir çox mühüm məsələrin müzakirə ediləcəyi gözlənilir. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
Türkiyədən Almaniyaya FETÖ ittihamı
"Türkiyə ərazisində fəaliyyət göstərən terrorçulara ən çox Almaniya dəstək verir". "Report" bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 8-də keçirdiyi mətbuat konfransında bildirib.
Ukrayna hökuməti Saakaşvilinin istefası haqda
Ukrayna Nazirlər Kabineti Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefasına dair ərizəni müzakirə etməyə hazırdır, amma sənəd hələlik hökumətə təqdim edilməyib.
Son dəqiqə: Binəli Yıldırım AP sədrinə zəng etdi
Türkiyənin baş nazir Binəli Yıldırım ilə AP (Avropa Parlamenti) başçısı Martin Şults arasında telefon danışığı olub.
Türkiyə üçün hazırlanmış dilemma
Türkiyədə təhlükəsizlik naminə atılmış istənilən addıma beynəlxalq təşkilatlar tərəfindən operativ reaksiya verilir. Xüsusi həssaslıq göstərilən məqamlar sırasında insan haqları və medianın durumu dayanır. Sərgilənən münasibətdə mübahisə doğuran məsələlərin kökü də məhz bu nöqtədən başlayır. İş ondadır ki, Türkiyədə cərəyan edən prosesləri dəyərləndirən beynəlxalq statuslu təşkilatlar hadisələri dövlət təhlükəsizliyinə təminat verən qanunları nəzərə almadan, yalnız insan haqlarını ehtiva edən konvensiyalar müstəvisində şərh edirlər.
Təyyarədə dəhşət
Bu gün səhər Meksikanın AİRMEXİCO hava yollarına aid təyyarə Torreon havalimanından qalxaraq Mexiko istiqamətində uçub. Ancaq bir neçə dəqiqə sonra sərnişinlər dəhşətli mənzərə ilə rastlaşıblar. Belə ki, onlar təyyarənin salondakı yük bölmündə qıvrılan ilan görüblər. Təyyarədə böyük həyacan yaşanıb. Mexikoda sərnişinlər təcili olaraq təyyarədən təxliyyə ediliblər. Salondakı ilan isə zərəsizləşdirlilib. Xoşbəxtlikdən sürünən “sərnişin” heç kimə zərər yetirməyib. Hadisə ilə əlaqədar təhqiqat başladılıb. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.
Erməni deputatların maaşı kəsildi - 30 min dollar
Ermənistanda Milli Məclisin (parlamentin) iclasına gəlməyən deputatların maaşından təxminən 30 min dollar kəsilib.
Rövşən Lənkəraniskini italyan polisindən kim xilas edib?
Fizuli Məmmədov: “Rövşən Canıyevlə heç zaman şəxsən tanışlığım olmayıb” “Əgər Rövşən Canıyev də İtaliyada kömək üçün mənə müraciət etsə idi, mən ona da İtaliya qanunlarını pozmadan bütün zəruri köməkliyi göstərərdim” Son vaxtlar ‘’Dünya Azərbaycanlıları İttifaqı” nın (DAİ) prezidenti və ”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun Əlaqələndirmə Şurasının sədri Fizuli Məmmədov yenidən mətbuatın diqqət mərkəzinə çevrilib.
Rəcəb Tayyib Ərdoğan Belarusa rəsmi səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Belarusa rəsmi səfər edəcək. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Türkiyədə fəaliyyət göstərən terrorçulara ən böyük dəstəyi Almaniya verir
"Türkiyə ərazisində fəaliyyət göstərən terrorçulara ən çox Almaniya dəstək verir”. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 8-də keçirdiyi mətbuat konfransında bildirib.
Mosulda İŞİD həbsxanaları
İraqın Mosul şəhərinin azad edilməsi əməliyyatı çərçivəsində İŞİD terror qruplaşmasının həbsxanaları aşkar edilib.
Avtobusda biabırçılıq - VİDEO
Sürücü qadını söydü Türkiyədə sürücüyə sual verib əvəzində kobud cavab alan və üstəlik təhqir olunan sərnişin onu işindən qovdurub.
Erməni mafiyasına qarşı "Bakı" əməliyyatı
Altı ildən çoxdur ki, Almaniyanın cinayət axtarış polisi Erfurt şəhərində erməni mafiyasını "ovlamaqla" məşğuldur.
Əfqanıstanda “Taliban”ın 7 komandiri zərərsizləşdirilib
Əfqanıstanın cənubunda yerləşən Hilmənd əyalətində terrorçu “Taliban” qruplaşmasının 7 dəstəbaşçısı zərərsizləşdirilib.
Çində "öncəgörən" meymun ABŞ-a növbəti prezidenti "seçdi"
Çində "öncəgörən" meymun ABŞ-ın növbəti prezidenti qismində Donald Trampı "seçib". Olaylar.az Trend-ə istinadən bildirir ki, Geda ləqəbli meymun önünə qoyulan iki banandan Donald Tramp adı altında olanını seçib.














