Dünya

Bu evi 2 milyona satır

8 Noyabr 2016 20:00

Aktyor və musiqiçi Caret Leto Hollivuddakı mülkünü 2 milyon dollara satışa çıxarıb. Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Letonun 2006-ci ildə aldığı villa 4 yataq otağı, 3 hamam otağı, bir qonaq otağı, bir mətbəx, bir qaraj və bir balaca səsyazma stusiyasından ibarətdir. Evin həyətində hovuz da var. Aktyor özü villanı 1, 65 milyon dollara alıb. 

Rəqs edən milyonçunun yalanı üzə çıxdı

8 Noyabr 2016 19:46

Rəqs edən milyoner Canluka Vakki minlərlə qadının ürəyinə yol tapa bilib. Və onların hamısını bir sual maraqlandırır: 49 yaşlı bu kişi necə olur ki, belə gənc görünə bilir?

Dronlar bir-birinə xəbər verərək insanları birgə axtaracaqlar

8 Noyabr 2016 19:30

Çinin “DJI” şirkəti axtarış-xilasetmə əməliyyatları zamanı dronların mərkəzləşdirilmiş idarəetməsi üçün mobil tətbiq yaradıb.

Ən güclü smartfonların reytinqi dərc edilib

8 Noyabr 2016 19:24

Mobil qurğuların məhsuldarlığının yoxlanılması üzrə ən populyar test hesab edilən "AnTuTu"nun yaradıcıları bazarda mövcud ən güclü smartfonların yeni reytinqini dərc ediblər." iPhone 7 Plus" smartfonu əvvəlki kimi liderdir.

“Android Auto” smartfonlarda istifadəyə verilib

8 Noyabr 2016 19:20

İki il əvvəl "Google" şirkəti avtomobillər üçün "Apple CarPlay" sisteminin analoqu olan "Android Auto" əməliyyat sistemini təqdim edib. Təəssüf ki, avtomobil istehsalçıları hər iki sistemin dəstəklənməsini avtomobillərdə quraşdırmağa bir o qədər həvəs göstərmirlər. Həmçinin "Android Auto" və "Apple CarPlay" sistemlərini dəstəkləyərək istənilən avtomobilə quraşdırıla bilən ayrı-ayrı mediapleyerlər mövcuddur, lakin onları əldə etmək çətin və bahadır. "Google" bu problemin çox sadə həllini tapıb. Avtomobil istehsalçılarının "Android Auto" sistemini avtomobillərə tətbiq etmək istəməməsi səbəbindən şirkət platformanı smartfonlara keçirərək istifadəyə verib.

Bred Pitt Ancelina Coliyə uduzdu

8 Noyabr 2016 19:15

Məhkəmə amerikalı aktyor Bred Pittə qarşı qərar çıxarıb. Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu yaxınlarda B.Pittin Ancelina Coli və uşaqları üzərində himayəyə sahib olması barədə məhkəməyə müraciəti qəbul olunmayıb. 

Demet Akalından Bəyaza zərbə

8 Noyabr 2016 19:10

Türkiyəli müğənni Demet Akalın şoumen Bəyazit Öztürkü çətin vəziyyətdə qoyub.

Castin Biber bir gecə üçün yarım milyon təklif edir

8 Noyabr 2016 19:05

Müğənni Castin Biber artıq biznes sahəsinə keçib. O, son zamanlar atdığı hər bir addımla pul qazanmağı düşünür.

Qız 10 metrlik quyuya yıxıldı

8 Noyabr 2016 18:50

Türkiyədə, Manisanın Soma İlçəsində, Zeytunluq adlanan ərazidə bir qız 10 metr dərinliyində olan boş su quyusuna yıxılıb.

"Formula-1"-in çempionu 15 milyon dollara təyyarə aldı 

8 Noyabr 2016 18:48

"Formula-1"-in çempion sürücüsü Leuis Hamilton bu dəfə xüsusi təyyarə ilə gündəmə gəlib.

Tutulacağını bilən qadın özünü eyvandan atdı

8 Noyabr 2016 18:39

İstanbul polisi binalardan birində antiterror əməliyyatı keçirib. Olaylar.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, polislərin binaya girdiyini görən əcnəbi qadın ikinci mərtəbədən atılaraq qaçmaq istəyib. Ayağı qırılan qadın xəstəxanaya aparılıb. Onun İŞİD terror təşkilatı ilə əlaqəsi olub-olmadığı araşdırılır.

Məzarlıq aşkar edildi - Başları kəsilib...

8 Noyabr 2016 18:19

İraq hərbçiləri Mosul yaxınlığında İŞİD qurbanlarının dəfn olunduğu kütləvi məzarlıq aşkar ediblər.

Rusiya müxalifəti ölkənin Suriya münaqişəsində iştirakına qarşı mitinq keçirəcək

8 Noyabr 2016 18:18

Rusiyanın müxalifət partiyaları ölkə hərbçilərinin Suriyadakı münaqişədə iştirakına etiraz olaraq mitinq keçirmək üçün paytaxt Moskvanın meriyasına müraciət edib.

Hillari və Bill Klinton səs verdi

8 Noyabr 2016 18:02

ABŞ-da demokratlar partiyasından prezidentliyə namizəd Hillari Klinton əri ilə birgə səsvermədə iştirak edib.