Dünya
Beren Saat: “Kənan komikdir”
İstanbul Komediya Festivalı çərçivəsində səhnəyə çıxan Yılmaz Ərdoğanı izləməyə gələnlər arasında aktrisa Beren Saat və müğənni həyat yoldaşı Kənan Doğulu da olub.
Səfir: "Qarabağ münaqişəsinə görə Ermənistan alman investorları üçün cəlbedici deyil"
Alman şirkətləri və investorları iri bazarların və siyasi stabilliyin olduğu ölkələrdə maraqlıdır. Ermənistan isə bu siyahıya daxil deyil. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Almaniyanın Ermənistandakı səfiri Matias Kislerdeyib:
Qlobal siyasətin dəyişməsi: radikalizm və lokallaşma meylləri artır
ABŞ-da Donald Trampın seçkidə qələbə qazanması dünya siyasi dairələrində təlatüm yaradıb. İndi analitiklər və ekspertlər bütövlükdə bəşəriyyəti nələrin gözlədiyini təhlil etməyə çalışırlar. Söhbət dünya siyasətində meydana çıxa biləcək mənzərədən gedir. Bir sıra mütəxəssislər hesab edirlər ki, Tramp fenomeni son illər Qərb siyasi mühitində özünü göstərən proseslərin birbaşa məntiqi nəticəsidir.
Türkiyə körpülərin sığortasına başladı
Türkiyənin "JLT Türkiye" sığorta şirkəti İstanbulda, Bosfor boğazında inşa olunmuş Sultan Səlim Yavuz körpüsünü terror aktları və yanğınlara qarşı sığorta edib. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, razılaşma bir il müddətinə imzalanıb. Sığorta müqaviləsinin müddəti uzadıla bilər.
İrəvanda bomba həyəcanı
Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs Nor Nork rayonunda yüksək mərtəbəli binanı partladacağını bildirib.
PKK-nın liderləri barəsində həbs qərarı - SİYAHI
Türkiyə PKK/PYD terror təşkilatının 48 üzvü barəsində saxlanılması qərarı verib. Olaylart.az publika.az-a istinadən xəbər verir ki, qərar Ankarada 2016-cı il fevralın 17-də həyata keçirilən terror hücumu ilə əlaqədar verilib. Onların arasında terror təşkilatının liderləri də var.
Kaliforniyadan müstəqillik tələbi: Supergüc parçalanır
ABŞ-ın Kaliforniya ştatı müstəqil olmağa hazırlaşır. Publika.az xəbər verir ki, “Yes California” hərəkatı ştatın müstəqilliyi üçün referendum keçirilməsi təşəbbüsü ilə çıxış ediblər.
"Korrupsiya penitensiar sistemdə başlıca problem olaraq qalmaqdadır"
Korrupsiya Ermənistanın penitensiar sistemində başlıca problem olaraq qalmaqdadır. Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının İşgəncənin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin hesabatında bildirilib.
Nifrət "Report"ajı: yalançı, uşaqbaz, uğursuz və dəllal bir arada
"Baxın, azərbaycanlılar bizi hədəfə alıblar. Xristian olduğumuza görə bizi vurur, atəşə tutur, bombalayırlar. Çünki onlar müsəlman, biz xristianıq. Azərbaycan bizim varlığımızı istəmir".
Fəallar bankı ələ keçirdilər
Ukraynada meydan hadisələrinin 3 – cü il dönümü ilə əlaqədar bir qrup fəal gənc meydanatoplaşıblar. Bu zaman fəallarla polis arasında insident yaşanıb. “Sağ sector” qrupunun rəhbəri aksiya zamanı meydanda təkər yandırmaq istəyib. Polis onların bu hərəkətinə qarşı çıxdıqda isə tərəflər arasında münaqişə yaşanıb. Sonda fəallar istəklərinə nail olublar.
Həbsxana rəhbəri həbs olundu
Türkiyədə Fətullahçı terror qruplaşmasının üzvlərinin həbsi davam edir. FETO qruplaşmasının dəstəyi ilə inşa olunan Kartal, Maltepə, Silivri, Bakırköy qadın həbsxanalarına dair ikinci əməliyyat başladılıb. İstanbul Cumhuriyyət Başsavcısı vekil Zafer Koç tərəfindən aparılan əməliyyat nəticəsində Silivri həbsxanasının 25 qoruma məmuru haqqında həbs və axtarış qərarı verilib. Şübhəlilərin hamısının Fətullahçı terror qrupuna xidmət etdikləri məlum olub. Daha öncədə 230 nəfər haqqında araşdırma aparılmış, bunlardan 17 – si həbs olunmuşdu.
Zəlzələ
Səhər saatlarında Yeni Zellandiyada 5,6 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri Yeni Zellandiyanın şimal adası qeyd olunub. Amerika geolojik araşdırmaları bildirir ki, zəlzələ şimal adasında yerləşən Palmerston Noth qəsəbəsindən 138 km uzaqlıqda və 37 km dərinlikdə olub. Keçən ay baş verən 7,8 bal gücündə zəlzələ zamanı iki nəfər vəfat etmiş, Kaikoura qəsəbəsində qalan 1200 turist və yerli sakinlər bölgədən təxliyə olunmuşdu.
Polşanın xarici işlər naziri istefaya hazırlaşır..
Polşa KİV-ləri yazırlar ki, Vitold Vaşikovskiy xarici işlər naziri postunu tezliklə tərk edəcək. SİA-nın məlumatına görə, bu barədə Polşanın “Fakt” dərgisi yazıb. Böyük ehtimala görə, o 2016-cı ilin sonuna qədər nazir kreslosunu tərk etdikdən sonra ölkəsinin NATO-dakı daimi nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Məşhur müğənni ziyarətdə
Uzun zamandı ekranlarda görünməyən məşhur müğənninin həcc ziyarətində olduğu məlum olub. Müğənni sosial şəbəkə hesabından Məkkənin şəkillərini paylaşaraq, bu sözləri yazıb: “ Dünyanın ən gözəl şəhərindəyəm. Çox şükür, Məkkədəyəm. Allah arzulayan və istəyən hər kəsə nəsib etsin bu ziyarəti. Hər mənada burada 33 dərəcə isti var. Vallah buraları cavankən gəlib, görmək lazımdı. Mənim yaşda gələndə insan gənc olmadığını anlayır. “Kaş ki, daha öncə gəlsəydim “ deyir insan. Burda dünyanın hər yerindən, hər rəngdə, hər dildə, hər boyda, hər cür insan var. Hamısının məqsədi və istəyi eynidi” – deyib.
Ermənistan tankları Rusiyaya daşınır
Ermənistan öz ərazisində T-72 tanklarının modernləşdirilməsi Mərkəzinin yaradılması üçün Rusiya tərəfinə müraciət edib.











.jpg)


