Dünya

Lragir.am: “Sarkisyan uğursuzluqlarını onun boynuna qoyub” TƏNƏZZÜL

23 Noyabr 2016 16:38

“Ermənistanın milli statistika xidməti ölkədə mövcud iqtisadi tənəzzül barədə məlumatları dərc edib, xüsusilə kənd təsərrüfatı sahəsində. Söhbət Ermənistan üçün bu günə qədər görünməyən 7-8 fazilik tənəzzüldən gedir”. SİA xəbər verir ki, bu barədə ölkənin lragir.am informasiya saytı yazır.

Türkiyədə 22 min polis işdən çıxarıldı

23 Noyabr 2016 16:33

Türkiyə Daxili İşlər Nazirliyinin 21 929 əməkdaşı işdən çıxarılıb. Nazirliyin 12 985 əməkdaşı isə tutduğu vəzifədən uzaqlaşdırılıb. Bundan başqa, 3 569 nəfər nazirlikdəki vəzifəsinə bərpa edilib. Məlumata görə, nazirliyin 467 əməkdaşı barəsində axtarış elan edilib. Onların Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə olduğu ehtimal edilir.

Türkiyədən gələn mallar ucuzlaşacaq

23 Noyabr 2016 16:31

Lirənin ucuzlaşması Türkiyədən Azərbaycana idxal olunan məhsulların maya dəyərinin azalması deməkdir. Sputnik-in verdiyi məlumata görə, bu haqda iqtisadçı-ekspert Rəşad Həsənov söyləyib: "Hazırda Azərbaycan bu məsələdə daha avantajlı mövqeyə malikdir. O baxımdan ki, Türkiyədən Azərbaycana idxal kifayət qədər çoxdur. Xüsusilə, yüngül və yeyinti sənayesi məhsulları sahəsində. Bu məhsulların maya dəyərinin aşağı düşməsi, son nəticədə daha aşağı qiymətlərlə satışın təşkili nəticəsində əhalinin onsuz da zəifləmiş istehlak qabiliyyətində müəyyən dirçəlişə səbəb ola bilər".

Ayətullah Xamenei ABŞ-ı cavab sanksiyaları ilə hədələdi

23 Noyabr 2016 16:29

“ABŞ-ın İrana qarşı sanksiyaları 10 illik uzatması Hərtərəfli Birgə Fəaliyyət Planının pozulması deməkdir, biz hökmən buna reaksiya verəcəyik”.

MUM tüstüyə büründü - İnsanlar təxliyə edildilər

23 Noyabr 2016 16:25

Moskvada Mərkəzi Universal Mağazada (MUM) tüstülənmə baş verib. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hazırda mağazada olan müştərilər və işçilər təxliyə olunur.

Prezidentin qızından xəbər yoxdu

23 Noyabr 2016 16:04

"Özbəkistanın sentyabrda vəfat edən keçmiş prezidenti İslam Kerimovun aylardı ortalıqda görünməyən böyük qızı Gülnarə Kərimovanın zəhərlənərək öldürüldüyü iddiası irəli sürülür. Orta Asiyanın  məşhur xəbər saytı  olan “Tsentr – 1” tərəfindən və Beynəlxalq Özbək güvənlik şirkətinin xəbərlərinə görə 5 noyabrda zəhərlənərək öldürülən Gülnarə Kərimova Özbəkistanın paytaxtı Daşkəntdə dəfn olunub. Məzarın bilinməməsi üçün də yerlə bərabər edildiyi bildirilir. Xəbəri yayanlar Kərimov ailəsinin dəfndə şəxsən iştirak etdiklərini də bildirirlər. Ailənin bir üzvü isə  Rus xəbər agentliyi olan RİA Novostiyə verdiyi açıqlamasında xəbərin yalan olduğunu qeyd edib.

Əmrahın oğlu: "Atam mənə xeyir-dua vermədi" - VİDEO

23 Noyabr 2016 15:58

ARB TV-nin efirində yayımlanan "Türk şou-maqazin" verilişinin qonağı olan türkiyəli müğənniƏmrahın oğlu Tayfun Ərdoğan atası ilə bağlı maraqlı açıqlamalar verib:

Rum tərəfinin inadı səbəbindən həll edilməyən Kipr problem

23 Noyabr 2016 15:47

Yaxud beynəlxalq aləmin Kipr probleminin həllinə olan biganəliyi Əvvəli ötən saylarımızda Kipr problemi barədə dünyanın daha yaxından bilgiləndirilməsi, beynəlxalq aləmin diqqətinin bu problemə cəlb olunması, ən əsası Şimali Kipr Türk Respublikasının pozulan haqlarının dünyaya çatdırılması baxımından rəsmi Lefkoşanın beynəlxalq media üzərindən fəaliyyəti də təqdir olunandır.

Daha bir İŞİD lideri vuruldu

23 Noyabr 2016 15:42

İraq Hərbi Hava Qüvvələri Mosulda İŞİD terror qruplaşmasının mövqelərinə aviazərbələr endirərkən Neynəvə əyalətində qruplaşmanın liderlərindən birini öldürüb. Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.

Ərdoğan: "Türkiyə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına qarşıdır"

23 Noyabr 2016 15:33

Türkiyə Azərbaycana məxsus torpaqların Ermənistan tərəfindən işğal olunmasına qarşıdır. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Sarkisyan Ermənistanı Rusiyanın quberniyasına çevirir

23 Noyabr 2016 15:23

Ermənistanda turizmin stimullaşdırılması üçün rusların daxili pasportlar hesabına bu ölkəyə gəlməsinə icazə verən qanun layihəsinin qəbul olunacağı gözlənilir.

Yerin altında nəhəng okean aşkar edildi

23 Noyabr 2016 15:05

Böyük Britaniya və Amerika geofizikləri Yer kürəsinin dərin qatlarında konservləşdirilmiş nəhəng okeanı aşkar ediblər.

Evlilik proqramına qatılaraq tərbiyəsizlik edən azərbaycanlı qız sevgilisi ilə... - VİDEO

23 Noyabr 2016 14:56

Zuhal Topalın evlilik verilişində məşhurlaşan azərbaycanlı Naz Mila bu dəfə rəqsi ilə gündəm yaradıb.

Şəxsi həyatın gizliliyinə son qoyuldu – YENİ QANUN

23 Noyabr 2016 14:55

Böyük Britaniyada kiber-təhlükəsizlik haqqında yeni qanun qəbul edilib. Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Birləşmiş Krallığın qanunverici palatası tərəfindən qəbul edilən sənəd hökumət orqanlarının bütün vətəndaşların, hətta barələrində rəsmi araşdırma olmayan şəxslərin internet və telefon məlumatlarına girişini təmin edir.

ŞOK HADİSƏ: Anasının cəsədi ilə günlərlə...

23 Noyabr 2016 14:54

Türkiyənin Bursa şəhərində psixoloji problemləri olan 51 yaşındakı Dilek Toktaşlı birlikdə yaşadığı 87 yaşlı anası Hanife Toktaşlı öləndən sonra onun cəsədi ilə üç həftə birlikdə qalıb. Publika.az xəbər verir ki, qonşular pis qoxunun gəldiyini polisə xəbər verəndən sonra hadisə ortaya çıxıb.