Dünya
Kiyevdə azarkeşlər arasında baş verən insidentdə 10 nəfər xəsarət alıb
Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Ukraynanın "Dinamo" və Türkiyənin "Beşiktaş" klubları arasındakı oyundan öncə Kiyevdə azarkeşlər arasında baş vermiş insidentdə 10 nəfər yaralanıb.
Almaniya polisi TBMM sədrinin müavinini saxladı
Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin müavini Ayşenur Bahçekapılı Almaniya polisi tərəfindən "qaçaqmalçılıq"da şübhəli bilinərək saatlarla saxlanılıb. Onun çantası Almaniyanın Köln şəhərində qaldığı mehmanxanada oğurlanıb. Çantada pul, kredit kartı, pasport da olub.
Ermənistanda psixiatriya xəstəxanasına hücum olunub
İrəvanın Nubaraşen rayonunda psixiatriya xəstəxanasına basqın olub. Naməlum şəxs və ya şəxslər xəstəxana direktorunun kabinetinin qapısını sındıraraq, otağa daxil olublar. Məlumata əsasən, onlar otaqda pul axtarıblar, amma tapa bilməyiblər. Xəstəxanaya basqın edənlər hadisə yerindən qaçaraq gizləniblər. Hazırda İrəvan polisi faktla bağlı araşdırma aparır. Azvision.az
McDonald`s-da daha bir rüsvayçılıq
Sümük yanağında qaldı Rusiyanın paytaxtı Moskvada yaşayan tələbə Kirill Tropitsın McDonald`s fast-fud restoranları şəbəkəsinin Rusiya nümayəndəliyi olan "Moskva-McDonald`s"ı məhkəməyə verib.
Azərbaycanlı qızdan evlilik proqramında növbəti RƏZİLLİK: Başqası ilə... - VİDEO
Zuhal Topalın evlilik proqramı sayəsində məşhurlaşan Naz Mila növbəti dəfə hər kəsi təəccübləndirib. Azərbaycanlı qız uzun davam edən mübahisələrdən sonra sevgilisi Naz Bahal ilə nişanlanmışdı. Lakin cütlük cəmi 2 gün nişanlı qala bilib. Naz üzüyü atdığı üçün Baha ondan ayrılmağa qərar verib. Naz isə bundan sonra verilişə gəlməyəcəyini söyləyib.
Cəsuslar edam edilib
Səudiyyə Ərəbistanında 15 nəfər İrana cəsusluq etməklə ittiham olunaraq edam cəzsı verilib.
Merkel niqabın qadağasını tələb edib
Hizbullah bombalandı
Ötən gecə naməlum reaktiv qırıcı təyyarələr tərəfindən Hizbullah təşkilatının Dəməşqin Qərbindəki Əl-Zəbədan yaxınlığındaki düşərgəsini bombalanıb. Verilən məlumata görə bombardıman edilən düşərgədə Hizbullahın raket mövqeləri qurulmuşdu. Hadisəni bölgədə yaşayan əhali də təsdiq edib. İsrail və rəsmi Dəməşqdən hələlik hadisə iləəlaqədar hər hansı bir açıqlama verilməyib. Plotoloqların fikirlərinə görə aksiya İsrail hərbi təyyarələri tərəfindən gerçəkləşdirilib. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.
Xaraba qalan Ermənistanın xəyanəti - Spitak zəlzələsi
7 dekabr 1988-ci il... Saat 11:41... Spitak şəhəri. Güclü uğultu və titrəyiş. Bu Ermənistanda "Spitak zəlzələsi" kimi tarixə düşən dəhşətli zəlzələ idi. 30 saniyənin içərisində ermənilərin gəlmə olduğu qədim türk şəhəri olan Hamamlı yer üzündən silinir. Bəli, bu ərazi məhz qədim türklərin yaşadığı tarixi mənbələrdə adı Hamamlı kimi qeyd edilən türk şəhəri idi. Daima saxta tarix və dövlət yaratmağı adət edən ermənilər bu ərazini sonralar Spitak adlandırmışlar.
FETO – nun məktəbi satışda
Nyu – Yorkda fəaliyyət göstərən FETO terror qruplaşmasına məxsus Amity School məktəbinin binası əmlak şirkəti tərəfindən satışa çıxarılıb. Türkiyədə baş verən 15 iyul çevrilişinin bir nömrəli səbəbkarı olan Fətullah Gülənə aid Amerikada bir neçə müqaviləli məktəblərin olduğu məlum olub.
Almaniyadan miqrantlara qarşı aqresiya
Almaniya baş naziri Angela Merkel " Hökümətin qarşısında miqrant məsələsi var, bu baş ağrıdan bir məsələdir " deyən baş nazirin bu sözləri EURONEWS xəbər agentliyində yayımlanıb.
Ərdoğan-Putin görüşünün tarixi bəlli oldu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü 2017-ci ilin birinci yarısına planlaşdırılıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev türkiyəli həmkarı Binəli Yıldırımla görüşün nəticələrinə həsr edilən mətbuat konfransında bildirib: "Biz gələcək fəaliyyətimiz, layihələrin hazırlanması istiqamətində işlərin sürətləndirilməsində, eləcə də Ali Əməkdaşlıq Şurasının iclası üçün vacib sənədlərin hazırlanmasında razılığa gəldik. Prezidentlər səviyyəsində keçirilən Şuranın iclası gələn ilin birinci yarısına planlaşdırılır”. Sia.az
Metro pulsuz olacaq
Fransanın paytaxtı Parisdə havanın həddən artıq kirlənməsi hökuməti məsələ ilə bağlı qərar qəbul etməyə məcbur edib.
Rusiya və Türkiyə qarşılıqlı ticarətdə milli pul vahidlərinə k eçmək üçün çalışmalara başlayıb
Rusiya və Türkiyə mərkəzi bankları qarşılıqlı ticarətdə milli pul vahidlərinə keçmək üçün texniki məsələlərin həllinə başlayıb.
Suriyada rus polkovnik həlak oldu
Rusiyanın Suriyada yerləşdirdiyi hərbi kontingentdə xidmət edən polkovnik Ruslan Qalitski həlak olub.














