Dünya
Berlində Yeni il yarmarkasını qana boyayan terrorçu öldürüldü
Ötən həftə sonu Berlində ənənəvi Yeni il yarmarkasına qaçırdığı TIR-la hücum edib adamları tapdalayan və azı 12 nəfəri öldürən terrorçu İtaliyanın Milan şəhərində öldürülüb.
Əfqanıstanda "Taliban"ın əsas komandirlərindən biri məhv edilib
Əfqanıstan Təhlükəsizlik qüvvələri ölkənin şimal-şərqində yerləşən Bağlan əyalətində "Taliban" radikal hərəkatının əsas komandirlərindən birini məhv edib. Bu barədə report "RİA Novosti"yə istinadən xəbər verir. "Kəşfiyyat məlumatları əsasında hərəkət edərək, təhlükəsizlik qüvvələri bu gün səhər saatlarında Bağlan əyalətində pusqu qurub, nəticədə "Taliban"ın mühüm komandirlərindən biri Molla Sibqatulla öldürülüb, onun adamları qaçmağa müvəffəq olublar", - Əfqanıstan təhlükəsizlik qüvvələrinin nümayəndəsi bildirib. Məlumata əsasən, Sibqatulla bir neçə il ərzində Bağlan əyalətində terror fəaliyyətinin təşkil olunmasında iştirak edib. Report.az
Türkiyədən qaçan FETÖ-çülər Ermənistana sığınırlar
Türkiyədə çevriliş cəhdindən sonra FETÖ-çülər bir çox ölkələrə qaçmağa cəhd ediblər. Qafqazinfo xəbər verir ki, çevriliş cəhdindən sonra bu günədək ölkədən qaçmaq istəyən 2 min 600 yaşıl pasport sahibi FETÖ-çü hava limanlarındakı yoxlamalarda saxlanılıb. Hüquq-mühafizə orqanları bildirir ki, təşkilat üzvləri ən çox ABŞ, Almaniya və İsveçə qaçmağa cəhd ediblər.
Putinin illik mətbuat konfransı başladı - CANLI YAYIM
Rusiya prezidenti Vladimir Putinin ənənəvi böyük mətbuat konfransı başlayıb. 12-ci dəfə keçirilən mətbuat konfransında iştirak etmək üçün rekord sayda - 1437 jurnalist qeydiyyatdan keçib.
Afrikalı uşaqlardan türk aktrisaya çağırış
Aktrisa Qamze Özçelik onun üçün dua edən afrikalı uşaqların fotosunu sosial şəbəkə hesabında paylaşıb. Aktrisa hisslərini bu sözlərlə ifadə edib: "Oğlumdan sonra həyatımın ən böyük hədiyyəsini aldım. Sudanın Darfur şəhərində hər cür kasıblıqla, vətəndaş müharibəsi ilə yaşayan yetim körpələrin adımı çağıraraq, əllərini açaraq göy üzünə "Amin" dedikləri video və fotolar göndərilib... Ümid edirəm, əlimizdən gəldiyi qədər gözəl şeylər etməyə çalışacağıq".
İŞİD Rusiya diplomatlarının “ölüm siyahı”nı hazırlayıb – ŞOK İDDİA
Rusiya Federasiya Şurasının vitse-spikeri İlyas Umaxanov xarici ölkələrdə fəaliyyət göstərən diplomatik əməkdaşların təhlükəsizliyini gücləndirməyə çağırıb.
İstanbulda İŞİD əməliyyatı
Bu gün Türkiyənin İstanbul şəhərində Terrora qarşı Mübarizə idarəsi İŞİD -ə qarşı əməliyyat həyata keçirib. Aparılan əməliyyatlar zamanı 31 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Rusiya azərbaycanlı milyarderə xəbərdarlıq etdi
Rusiya Federal Antiinhisar Xidməti "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərova xəbərdarlıq edib. Qurum onun avtomobil yanacağının qiymətinin artacağı ilə bağlı açıqlamasına etiraz edib. Federal Xidmətin məlumatına görə, dekabrın 13-də verdiyi müsahibə zamanı Vahid Ələkbərov benzin qiymətlərinin bahalaşmasının daxili bazarda tələblə təklif arasında balansı pozacağını demişdi. Modern.az
Ohanyan Sarksiyanla görüşmək istəmir
Sabiq müdafiə naziri Seyran Ohanyanın seçkilərdə iştirak etmək niyyətində olması haqda bəyanatından sonra Ermənistan prezidenti Serj Sarkisyan onunla görüşmək istəyib. Bu barədə "Aykakan Jamanak" məlumat yayıb. "Ermənistanın Prezidenti Aparatının rəhbəri bir neçə dəfə sabiq nazirlə əlaqə saxlamaq istəyib. Sonda aparat rəhbəri Armen Qevorkyan onunla danışa bilsə də, Ohanyan prezidentlə görüşdən imtina edib", - deyə nəşr yazıb.
Dollar ucuzlaşır, birja iştirakçıları növbəti ili gözləyir
ABŞ dollarının indeksi 0,11% zəifləyərək 102,98 bənd səviyyəsində qərarlaşıb ki, bu da həftəlik minimum olan 103,65 bəndə yaxındır.
Rus səfiri öldürən şəxsin ailəsi övladlarının cənazəsindən İMTİNA ETDİ
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətliylə bağlı istintaqla əlaqədar hadisə gecəsindən bu yana nəzarətdə olan Mevlüt Mert Altıntaşın ailə üzvlərindən 6 nəfərin ötən gün gecə yarısı sərbəst buraxıldıqları haqda məlumat vermişdik.
Səfirin qatili sonuncu dəfə kiminlə danışıb? son sözü
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu öldürən qatil Mert Altıntaşla bağlı araşdırmalar davam edir. Dünən qatilin anası və atası polisə ifadə veriblər. Onlar ifadə verdikdən sonra sərbəst buraxılıblar. Mertin anasının verdiyi ifadəyə görə, oğlu sonuncu dəfə saat 16:30-da ona zəng edib.
Almaniyada terror aktı törətməyə hazırlaşan iki qardaş tutulub
Almaniyada terror aktı törətməyə hazırlaşan iki nəfər saxlanılıb. Əməliyyat Duyzburq şəhərində keçirilib. Bildirilir ki, saxlanılan şəxslər əslən Kosovadan olan iki qardaşdır. Hüquq-mühafizə orqanların qənaətinə görə, onlar Oberhauzen şəhərində terror aktı həyata keçirmək niyyətində olublar.
Türkiyədə parlament spikerinin müavini sərbəst buraxıldı - YENİLƏNİB
Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Pərvin Buldan İstanbulun Bakırköy Məhkəməsində ifadə verdikdən sonra sərbəst buraxılıb. "Report" xəbər verir ki, bu haqda "Habertürk" məlumat yayıb.
Ermənistanda əlillər etiraza qalxdılar
Ermənistanda baş nazir dəyişsə də, hələ də əlil pilotların hüquqları bərpa edilməyib. Təxminən 10 ildir ki, əlil erməni pilotlar hökumət binasının qarşısında etiraz aksiyaları keçirirlər. Yaşlı əlillər dünən Sarkisyan hakimiyyətinə qarşı etirazlarını bildiriblər. Onlar deyiblər ki, hökumət onların pozulmuş hüquqlarını bərpa etmir. "Ermənistan Aviasiyası"nın sabiq pilotları iş prosesində əlil olduqlarına görə kompensasiya tələb ediblər. Şirkətin ləğv edilməsindən sonra bu məbləğ dondurulub. Keçirilən etiraz zamanı keçmiş pilotlar hakimiyyətin bu məsələdə məsuliyyət daşıdığını və onlara kompensasiya verilməli olduğunu bildiriblər. Azvision.az














