Dünya

Fətullah Gülən dəli imiş? – Sənədlər

29 Dekabr 2016 15:38

FETÖ-nun 15 iyul dövlət çevrilişini araşdıran Parlament Araşdırma Komissiyasının üzvü, AKP sədrinin müavini Səlcuq Özdağ Fətullah Gülənlə bağlı sensasiyalı məlumat paylaşıb.

Ermənistanın suverenliyinə son qoyuldu

29 Dekabr 2016 15:36

Rusiya Prezidenti Vladimir Putin Rusiya və Ermənistan arasında vahid hava hücumundan müdafiə regional sisteminin yaradılması haqqında müqaviləni təsdiq edib. Bu barədə informasiya Kremlin rəsmi saytında yerləşdirilib.

Qara dənizə düşən Rusiya təyyarəsi: general terror ehtimalını açıqladı

29 Dekabr 2016 15:21

İstintaq ötən həftə sonu Rusiya Müdafiə Nazirliyinin Qara dənizə düşən Tu-154 təyyarəsi ilə bağlı terror versiyasını istisna etmir. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin uçuşların təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Sergey Baynetov bildirib. Generalın sözlərinə görə, terror təyyarəyə mexaniki təsir nəticəsində baş verə bilərdi. “Göyərtədə partlayışla yanaşı hansısa mexaniki təsir də ola bilər, terror aktı hökmən partlayışla əlaqəli olmalı deyil”-general bildirib. Baynetov deyib ki, terror versiyası araşdırılsa da əsas versiyalar sırasında deyil.

Rusiya Ombudsmanı Xocalı abidəsini ziyarət edib

29 Dekabr 2016 15:13

Azərbaycanda səfərdə olan Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili (Onbudsman) Tatyana Moskalkova Ombudsmanı Bakıda Xocalı abidəsini ziyarət edib. T.Mosqalkova Xocalı soyqırımı qurbanlarına ehtiramını bildirib, abidə önünə əklil və güllər qoyulub. Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkilini Azərbaycan Ombudsmanı Elmira Süleymanova müşayiət edib. Apa.az

Əfqanıstan təhlükəsizlik qüvvələri sutka ərzində 40-dan çox yaraqlını öldürüb

29 Dekabr 2016 14:45

Əfqanıstanda ötən gün ərzində "Taliban" radikal hərəkatının azı 42 yaraqlısı öldürülüb. Əfqanıstan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, milli müdafiə və təhlükəsizlik xidmətinin apardığı əməliyyatlar nəticəsində 42 yaraqlı öldürülüb, 36 yaraqlı yaralanıb və 9 yaraqlı isə saxlanılıb. Milli müdafiə və təhlükəsizlik xidməti, həmçinin silah-sursat ələ keçirib və 25 mina zərərsizləşdirilib. Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Ukrayna dünya çempionatının Rusiyada keçirilməsini istəmir

29 Dekabr 2016 14:40

Ukrayna Futbol Federasiyasının prezidenti Andret Pavelko 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına mümkün səfərindən danışıb.  Məlumata görə, A.Pavelko mundialın Rusiyada keçirilməsini istəmədiklərini bildirib.

Ərdoğan: "NATO-da birlikdə olsaq da, ancaq siz dəstəyi separatçı terrorçu qruplaşmalara verirsiniz"

29 Dekabr 2016 14:39

“Biz NATO-da sizinlə birlikdəyik, ancaq siz dəstəyi bizə deyil, separatçı terrorçu qruplaşmalara verirsiniz”.  Bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Elmi və Texnoloji Araşdırma Mərkəzinin (TÜBİTAK) mükafatlandırma mərasimindəki çıxışında vurğulayıb.

Rusiyada "Tu-154" təyyarələrinin uçuşları dayandırılıb

29 Dekabr 2016 14:36

Bir neçə gün əvvəl baş vermiş qəzanın səbəbləri müəyyən olunanadək Rusiyada "Tu-154" təyyarələrinin uçuşları dayandırılıb.

Ermənistanda kütləvi ixtisarlar

29 Dekabr 2016 14:30

Ermənistanın Maliyyə Nazirliyində ixtisarlar aparılır. Nazirliyin ştat vahidi xeyli azaldılıb. Bu barədə qərar Ermənistan hökumətinin bu gün keçirilən iclasında qəbul olunub.  Məlumata əsasən, nazirliyin tərkibində olan Təhsil Mərkəzi ləğv olunacaq. Hesablamalarına görə, qurumu ləğv etməklə nazirlik ildə 110 milyon dram (təxminən 228 min dollar) qənaət etmiş olacaq.  Növbəti ildə Ermənistanın digər dövlət qurumlarında da kütləvi ixtisarların aparılacağı gözlənilir. Dəyişikliklər iqtisadi böhranla əlaqələndirilir. Azvision.az

Terrorçulardan xilas olan 13 yaşlı qız başına gələnləri danışdı: "Məcbur etdilər..."

29 Dekabr 2016 14:28

PKK-nın oğurladığı 13 yaşlı qız uşağı başına gələnlərdən danışıb. Hakkaridə evinin qarşısından oğurlandıqdan sonra terror təşkilatı PKK-nın Kandil və Hakurk düşərgələrində 3 ay zorla saxlanılan 13 yaşlı K.Y. təhlükəsizlik qüvvələri tərəfindən xilas edilib. PKK-nın sığınacaqlarını cəhənnəm adlandıran 13 yaşlı qız deyib: "Təyyarələr gəldiyində çox qorxurlar, yerlərindən belə tərpənmir, susurlar. Kəşfiyyat gedənə qədər sakit dururlar. Bir gecə onlar yatanda təkbaşıma qaçdım. Onların içində ingiliscə danışan silahlılar var idi. Onlara: "Əvvəl-axır anamın, atamın yanına gedəcəyəm", - deyirdim. Şamda olarkən qaçıb gəldim. Məni oğurladıqdan sonra hərbi paltar verdilər. Geymək istəmədim, məcbur etdilər. "Yoxsa səni öldürəcəyik" dedilər. Geydim, o formada şəklimi çəkdilər". Bu barədə Milli.Az Milliyet-ə istinadən xəbər verir.

Məşhur aktrisa qızından bir gün sonra ölüb

29 Dekabr 2016 13:45

Hollivudun tanınmış aktrisalarından Debbi Reynolds 84 yaşında Los Ancelesdə vəfat edib. D. Reynolds dekabrın 27-də ölən məşhur “Ulduz müharibələri” filmində “Şahzadə Lean” rolunun ifaçısı Keri Fişerin anasıdır. Aktrisanın oğlu mediaya bildirib ki, Kerri Fişin ölümündən sarsılan Debbi Reynolds dekabrın 28-də xəstəxanaya yerləşdirilib. Aktrisanın insultdan öldüyü bildirilir.

Türkiyədə bir sıra uçuşlar təxirə salınıb

29 Dekabr 2016 13:42

Türkiyənin Qaziantep vilayətində güclü dumanla əlaqədar təyyarələr hava limanında eniş edə bilmir.  Məlumata görə, 4 təyyarə Adana hava limanına göndərilib. Güclü dumanla əlaqədar avtomobil sürücülərinə də xəbərdarlıq edilib. Bu barədə Trend Türkiyənin Mülki Aviasiya Administrasiyasına istinadən məlumat verir.

8 min terrorçu Türkiyəyə hücuma hazırlaşır – ABŞ əmr verdi

29 Dekabr 2016 13:12

Türkiyə və Azad Suriya Ordusunun Əl Babda uğurlu əməliyyat keçirməsi ABŞ-ın narahatlığına səbəb olub. Amerika PKK/PYD-yə silah yardımını sürətləndirib. Məlumata görə, PYD Əl Babın qərbindəki Afrin – Tel Rıfat xəttində müharibəyə hazırlığı aparır. Bu bölgəyə 8 mindən çox terrorçu, 13 tank, minaatanlar yerləşdirilib. Eyni zamanda, ABŞ Fərat çayının şərqində PYD-yə dəstəyini gücləndirib. Publika.az

Murad əsəbləşdi: "O, sünnət geyimi deyil, cahillər"

29 Dekabr 2016 13:03

Bir neçə gün əvvəl Mərakeşdən olan sevgilisi İmane el Bani ilə nikah masasına oturan aktyor Murad Yıldırım toyu haqda bəzi şərhlərə əsəbləşib. O, "Muradı ləyəndə daşıdılar" başlıqlı xəbərləri və şərhləri tənqid edib: "Üstündə oturduğum "ləyən" deyil, onun adı "tefour"dur, hörmətsizlər. Bu ölkədən çoxlarını bu düşüncə sahibləri qovdu, təhqir etdi. Üstümə geyindiyim sünnət paltarı deyil. Peyğəmbərimizin, padşahlarımızın geyindiyi kaftandır. Qırmızıdərililər Afrikada deyil, ABŞ-da da yaşayırlar, cahillər. Söylənənlər salavat və dualar idi, bunu da bilmirsiniz? Həzm sisteminizdə problem var? Başqa mədəniyyətlərə hörmətiniz budur, mədəniyyətsizlər? İki insanın xoşbəxtliyinə hörmətsizlik nədən qaynaqlanır? Çox sürətli imişəm... 4 ay aşiq olduğum qadını gözünüzün içinə soxaydım? ...100 ölkədə xəbər olduq, amma sizin qədər təhqir edən olmadı. Ölkəmdə belə cahil insanlara görə utanıram..." Axşam.az

Parlamentdən şok qərar- DOLLARA QADAĞA QOYULDU

29 Dekabr 2016 12:40

Gürcüstan parlamenti əmlak və mənzillərin satışı vaxtı onların reklamlarının xarici valyutalarda realizə olunmasını qadağan edən qanun layihəsinə baxacaq.  Saytın yazdığına görə, bu təşəbbüs milli valyutanın möhkəmləndirilməsi planının tərkib hissəsidir. Belə ki, hazırda Gürcüstanda daşınmaz əmlak bazarında bütün sövdələşmələr xarici valyutalarla aparılmaqdadır. O cümlədən, avtomobil satışlarından tutmuş xaricə istirahət üçün turizm agentlikləri tərəfindən təklif edilən “putyovkalar” belə dollarla göstərilir.