Dünya

Gənc qadını döyüb, yol kənarına atdılar

29 Dekabr 2016 18:48

Antalyada təxmini 25-30 yaşlarında xarici ölkə vətəndaşı olduğu deyilən qadın naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülərək yol kənarına atılıb. Yoldan keçənlər qadını dərhal xəstəxanaya çatdırıblar.  Qadının Qazaxıstan, ya da Özbəkistan vətəndaşı olduğu təxmin edilir.  Polis istintaqa başlayıb. Bu barədə Milli.Az hürriyet-ə istinadən xəbər verir.

Bir qələbə və bir məğlubiyyət: Hələbdən Palmiraya və Mosula qədər

29 Dekabr 2016 18:04

Suriyada savaş getdikcə fərqli məzmun kəsb etməyə başlayır, çünki burada ərazilər əldən-ələ keçməkdə davam edir. Hökumət qüvvələri hansısa bir yeri azad edirsə, başqa istiqamətdən ağır zərbələr alır. Sanki ssenarisi əvvəlcədən yazılmış bir geosiyasi-hərbi oyun gedir. Hələlik tərəflərdən heç biri tam üstünlük əldə edə bilmir.

Rusiya səfirinin qatilinin Moskvada rus rəfiqəsi varmış

29 Dekabr 2016 17:58

Moskvada müstəntiqlər Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirmiş Mevlüt Altıntaşın rəfiqəsindən ifadə alıblar. Hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, istintaq Altıntaşın hazırda Moskvada yaşayan rus qadınla əlaqələrinin olduğunu üzə çıxarıb. Bir müddət öncə qadın Ankarada olub və cinayətkarla sevgi münasibətlərində olub. Sonradan o, Türkiyədən gedib. Bu, qətlin törədilməsindən əvvəl baş verib.

Devid Kemeron NATO-nun baş katibi ola bilər

29 Dekabr 2016 17:40

Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron NATO baş katibi vəzifəsinə mümkün namizədlərdən hesab olunur. Bu barədə "Daily Mail" qəzeti yazır. Qəzetin əldə etdiyi məlumata görə, keçmiş baş nazirin hökumətdəki müttəfiqləri bu təyinatın Böyük Britaniya üçün xeyirli olacağını hesab edir. Bundan başqa D.Kemeronun da bu məsələni nəzərdən keçirməyə hazır olduğu bildirilib. Mütəxəssislərin fikrincə, D.Kemeronun namizədliyi baş nazir Tereza Mey tərəfindən irəli sürülərsə, uğur əldə edə bilər. Keçmiş baş nazirin nümayəndəsi məsələni şərh etməyib.

"Ölkə hər an internetin söndürülməsinə hazır olmalıdır"

29 Dekabr 2016 17:38

Ölkə hər an ümumdünya internet şəbəkəsindən təcrid oluna bilməsinə hazır olmalıdır. Bu barədə Rusiya prezidenti Vladimir Putinin müşaviriGerman Klimenko bildirib.  Siyasətçi hesab edir ki, belə vəziyyət olduqca realdır. Bunun üçün də yerli internet seqmentinin tərtib edilməsi üzərində iş aparılması olduqca vacibdir. Buna uyğun qanun layihəsi artıq Rabitə Nazirliyinin nümayəndələri tərəfindən hazırlanıb və əhali üçün vacid infrastrukturun müdafiəsinə istiqamətlənib.

Mersin sel sularına təslim oldu... YENİLƏNİB

29 Dekabr 2016 17:01

Mersində dünən gecədən bəri yağan güclü yağış selə səbəb olub. Şəhərin əsas yollarını basan sel suları səbəbiylə vətəndaşlar avtomobillərinin içində köməksiz vəziyyətdə qalıblar. Şəhər Bələdiyyəsi vətəndaşlara xəbərdarlıq edərək: "Xahiş edirik, çölə çıxmayın" , - tapşırığı verib. Bu barədə Milli.Az hurriyet-ə istinadən xəbər verir.

92 nəfərin öldüyü təyyarə qəzasında müəmma

29 Dekabr 2016 17:00

Rusiya Müdafiə Nazirliyindən "Tu-154" təyyarəsinin qəzası ilə bağlı təhqiqatın gedişi barədə məlumat verilib. Məlumatda bildirilir ki, hava gəmisi kapitanının işlətdiyi bir ifadə göyərtədə "xüsusi vəziyyət" yaranmasından xəbər verir.

İŞİD-çilər Dağıstanda ələ keçdi

29 Dekabr 2016 16:56

Dağıstanda İŞİD qruplaşmasının tərəfdarları saxlanılıb. Bu barədə Federal Təhlükəsizlik Xidmətinin ictimai əlaqələr mərkəzi məlumat yayıb. İstintaqın versiyasına görə, saxlanılan 7 nəfər Moskvada rezonans yaradacaq terror aktları planlaşdırıblar.

Rusiya XİN-də yeni nazir müavini təyin olundu

29 Dekabr 2016 15:54

Rusiya XİN-də yeni nazir müavini təyin olunub.  RF prezidenti Vladimir Putinin müvafiq fərmanı ilə Anatoliy Antonov bu vəzifəyə təyinat alıb.

Çində yaşayan uyğurlar Kommunist Partiyasına hücum etdilər

29 Dekabr 2016 15:51

Dörd uyğur türkü Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur muxtar rayonunda terror aktı törədib. Hücum edənlər polis tərəfindən güllələniblər. Hadisə dünən səhər saatlarında baş verib. Terror aktı törədənlər avtomobillə Çin Kommunist Partiyasının Moyuy bölgə komitəsinin həyətinə daxil olublar və bomba partladıblar. Terror aktı nəticəsində bir nəfər ölüb, daha üç nəfər yaralanıb.

Hitlerin kosmosa göndərdiyi raket qayıdır: ABŞ təhlükədə

29 Dekabr 2016 15:47

1944-cü ildə nasist Almaniyası tərəfindən kosmosa atılan V-3 raketi yaxın günlərdə ABŞ ərazisinə düşəcək. Bu barədə NASA xəbərdarlıq edib. NASA-nın mütəxəssisi Çarli Bolden bildirib ki, nasistlərin havaya atdığı V-2 raketi Yerin atmosfer qatını keçib. “V-3 yaxın günlərdə Yerin atmosfer qatına daxil olacaq və güman ki, ABŞ-ın şərqində bir əraziyə düşəcək. NASA və ABŞ-ın hava qüvvələri hansısa təxliyənin edilib-edilməyəcəyi haqqında məlumat verəcək”, - o bildirib. V-3 raketləri nasist Almaniyası tərəfindən Londonu vurmaq üçün məşhur alman alimi Verner von Braun tərəfindən təkmilləşdirilən V-2 raketinin modern formasıdır. Raket 21 ton partlayıcı daşıyır. Publika.az 

Rusiya X gününə hazırlaşmalıdır – Putinin müşaviri

29 Dekabr 2016 15:44

Rusiya gərək dünya internetindən uzaqlaşdırılacağı məqama hazır olsun. Bunu “Raşşın Tudey” televiziyasına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin internet üzrə müşaviri German Klimenko söyləyib. O, Rusiyanın bu ssenaridən yayınmaq üçün özünün internet seqmentini tənzimləməli olduğunu bildirib:

Jirinovski: “Türklərlə 500 il savaşmışıq və...”

29 Dekabr 2016 15:39

Bunu “Politika Seqodnya” informasiya agentliyinə müsahibəsində Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. O, Yaxın Şərqdə yeni ittifaqa ehtiyac olduğunu bildirib: