Mersin sel sularına təslim oldu... YENİLƏNİB

Mersində dünən gecədən bəri yağan güclü yağış selə səbəb olub. Şəhərin əsas yollarını basan sel suları səbəbiylə vətəndaşlar avtomobillərinin içində köməksiz vəziyyətdə qalıblar. Şəhər Bələdiyyəsi vətəndaşlara xəbərdarlıq edərək: "Xahiş edirik, çölə çıxmayın" , - tapşırığı verib. Bu barədə Milli.Az hurriyet-ə istinadən xəbər verir.

Ölənlər var, yüzlərlə insan sağ qalmaq üçün savaşır - 

Mersinin Toroslar qəsəbəsinin Yalınayak məhəlləsində sel sularının apardığı 30 yaşlı bir qadın və bir kişi boğularaq həyatını itirib. Vətəndaşlar avtomobillərin içində gözləyirlər. 7 qəsəbədə məktəblər bağlanıb. Bələdiyyə xalqa məcbur qalmadıqca çölə çıxmamaları mövzusunda xəbərdarlıq edib. Yağışın miqdarı son 15 ildə rekord hesab edilir.

***

Yüzlərlə insan sağ qalmaq üçün savaşır 

Mersində dünən gecədən bəri yağan güclü yağış selə səbəb olub. Şəhərin əsas yollarını basan sel suları səbəbiylə vətəndaşlar avtomobillərinin içində köməksiz vəziyyətdə qalıblar. Şəhər Bələdiyyəsi vətəndaşlara xəbərdarlıq edərək: "Xahiş edirik, çölə çıxmayın" , - tapşırığı verib. Bu barədə Milli.Az hurriyet-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31