Dünya

Serj Sarkisyanın əsas rəqibləri parlamentdən kənarda qalıb

3 Aprel 2017 14:05

Ermənistan Mərkəzi Seçki Komissiyası bazar günü keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.  Saat 12.00-yə 2009 seçki məntəqəsinin hamısından məlumatlar daxil olub və səslər hesablanıb.

15 terrorçu məhv edildi

3 Aprel 2017 13:11

Türk Silahlı Qüvvələrinin  səhər saatlarında Türkiyənin Bitlis bölgəsinin  Tatvan rayonunda keçirdiyi hava dəstəkli əməliyyat nəticəsində 15  terrorçunun zərərsizləşdirlidiyi bildirilir. Əməliyyat nəticəsində çoxlu sayda silah və sursatın ələ keçirilidyi də gələn xəbərlər sırasındadı. Əməliyyat nəticəsində aşkar olunan silahların əsasən Rusiya  və ABŞ istehsalı olduğu məlum olub.  

20 PKK tərəfdarı həbs olundu

3 Aprel 2017 13:10

 Ötən gün Türkiyənin Bursa şəhərində Bursa  Baş Polis İdarəsinin Terrorla Mübarizə şöbəsinin əməkdaşları hava dəstəkli antiterror əməliyyatı həyata  keçiriblər. Öncədən müəyyən edilən ünvanlarda aparılan əməliyyatlar nəticəsində 20 nəfər PKK- lı  və 10 nəfər isə  MLKP (Marksist Lenininst Kommunist Partiyası) terror təşkilatlarını üzvləri həps edilib. Polis tərəfindən aparılan axtarışlar zamanı çoxlu sayda silah - sursat və təbliğat materialı aşkarlanaraq götürülüb.

Ermənistan – rüsvayçı ölkənin total seçki saxtakarlığı-faktlar və dəlillər- TƏHLİL

3 Aprel 2017 12:56

Ermənistanda aprelin 2-də keçirilən parlament seçkiləri bu ölkədə cərəyan edən özbaşınalığı və rüsvayçılığı bir daha bütün dünyaya sübut yetirmiş oldu. İstər müxalifət nümayəndələri, istər erməni mətbuatı istərsə də bir sıra beynəlxalq müşahidə missiyaları seçkilərdə baş verən çoxsaylı qanun pozuntularını dünyaya çatdırıblar. Ümumiyyətlə, total sxatakarlıqlarla müşahidə olunan parlament seçkilərinin “baş tutmasını” iddia etmək sadəcə hakim Sarkisyan rejiminin teatr tamaşası fonunda demək olar. Çünki budəfəki tamaşanın bütün reallıqları tam çılpaqlığı ilə özünü əks etdirmiş oldu.

Zirehli texnika azərbaycanlı sürücülərə hücum edənlərin düşərgəsindən çəkildi: Abdulatipovun gəlişi gözlənilir 

3 Aprel 2017 12:41

Rusiya Qvardiyasının ("Rosqvardiya") zirehli texnikası və canlı qüvvəsi Dağıstanda günlərdir tətil edən və o cümlədən Azərbaycandan Rusiyaya yükdaşımaları əngəlləyən uzaq yol sürücülərinin düşərgəsindən geri çəkilib.

Ermənistanda parlament seçkiləri ilə bağlı cinayət işi açıldı

3 Aprel 2017 12:38

Ermənistan Baş Prokurorluğu tərəfindən bazar günü keçirilən parlament seçkiləri zamanı təkrar səsverməyə cəhd faktları ilə bağlı 6 cinayət işi açılıb. Bir cinayət işi üzrə 1 nəfər saxlanılıb.

İş adamından arvadına böyük tələ - Evə yerləşdirdiyi gizli kamera ilə hər şeyi gördü

3 Aprel 2017 12:24

İstanbulda boşanma iddiası üçün bəhanə əldə etmək istəyən iş adamı evinə gizli kamera yerləşdirib.   İstanbul Bahçelievlerdə avtomobil şirkəti sahibi Mehmet M.İ. və həyat yoldaşı Anıl K. İ evliliklərinin 2.5 ilində ayrılmaq qərarına gəliblər. Keçən il İstanbul Ailə Məhkəməsində boşanma iddiası açan cütlükdən anlaşılmazlıqlarını sübuta yetirən dəlillər istənilib.

Çavuşoğlu: "Türkiyə Azərbaycanla birgə Qafqazda mühüm oyunçu olmaq istəyir"

3 Aprel 2017 12:19

Türkiyə Azərbaycanla birgə Qafqazda mühüm oyunçu olmaq istəyir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

71 ilin cütlüyü bir-birindən 4 dəqiqə fərqlə vəfat etdi - ölüm də onları ayırmadı 

3 Aprel 2017 12:17

70 ildir evli olan cütlük bir-birindən 4 dəqiqə fərqlə vəfat edib. Onların öldükləri məkanlar arasındakı məsafə 3 mil (7 kilometr) olub. Vilf Russel 93 yaşında qocalar evində dünyasını dəyişib. O, yaddaş xəstəliyindən əziyyət çəkirdi. Artıq elə hala gəlmişdi ki, xanımını belə tanıya bilmirdi.

Əməkdar artistə qadağa qoydular, tamaşa baş tutmadı

3 Aprel 2017 12:13

Rusiyanın əməkdar artisti Yelena Vorobey Ukraynaya buraxılmayıb. Bu haqda əməkdar artist "Instagram" hesabında məlumat yayıb. O bildirib ki, uzun müddət hava limanında gözləsə də, onun Ukraynaya daxil olmasına icazə verilməyib:

Fətullah Gülən infarkt keçirdib

3 Aprel 2017 12:02

Fətullah Gülən infarkt keçirib. “Olaylar” SadeceHaber” - ə istinadən bildirir ki, Fətullah Gülənin Pensilvaniyadakı etibarlı nümayəndəsi Osman Şimşək twittter hesabından Fətullah Gülənin ürəyində narahatlıqların olduğunu bildirib. Məlumata görə Osman Şimşək xəbəri sosial şəbəkədən paylaşəb və qısa müddətdən sonra da paylaşımını silib. 

Ermənistan parlamentində 4 siyasi qüvvə yer alacaq

3 Aprel 2017 11:58

Ermənistanın yeni parlamentində dörd siyasi qüvvə yer alacaq. Seçkilərin ilkin nəticələrinə görə, hakim Respublika partiyası 49,13 faiz səslə liderlik edir. İkinci yerdə 27,50 faiz səslə “Çarukyan” blok, üçüncü yerdə 6,62 faiz səslə " “Daşnaksütyun" partiyasıdır. “Çıxış” bloku isə səslərin 7,68 faizini toplayıb. Seçkilərdə iştirak etmiş digər partiya və bloklar isə parlamentdə yer əldə edə bilməyiblər.

ŞOK: ABŞ tankları Moskvanın 700 kilometrliyində!

3 Aprel 2017 11:28

ABŞ tankları tarixdə ilk dəfə Moskvaya bu qədər yaxın məsafədə mövqe tutub. Bu barədə RT əməkdaşı Murad Qazdiyev Tvitter səhifəsində yazıb. Onun sözlərinə görə, hazırda ABŞ tankları Moskvanın 700 kilometrliyində yerləşir.

"Seçkilər biabırçı pozuntularla keçirilib" Aram Sarkisyan

3 Aprel 2017 11:26

Biz “exit-poll”un nəticələrini tanımırıq. Bunu parlament seçkilərində iştirak etmiş Elk (Çıxış) siyasi blokunun üzvü Aram Sarkisyan deyib.

Rusiyada müəssisədə partlayış baş verib, ölən və yaralananlar var

3 Aprel 2017 11:15

Rusiyanın Verxniy Taqil şəhərində (Sverdlovsk vilayəti) yerləşən müəssisənin qurğuşun əritmə sexində partlayış baş verib.