Dünya

Trampdan miqrantlarla bağlı YENİ ADDIM

3 Avqust 2017 11:21

Respublikaçı senatorlar tərəfindən miqrantlara "yaşıl kart"ın (Green Card) verilməsinə dair məhdudiyyətlərə əlavələr edilib. Yeni qanun layihəsi prezident Donald Tramp tərəfindən dəstəklənib.

Rusiya silkələndi

3 Avqust 2017 11:10

Rusiyanın şərq hissəsində yerləşən Kamçatka yarımadasında güclü zəlzələ qeydə alınıb. 5,5 bal gücündə baş verən yeraltı təkanın dərinliyi 64 km, episentri Petropavlovsk-Kamçatsk şəhərindən 95 km aralıda yerləşib. Yeraltı təkanlar nəticəsində yarımadada bir sıra yaşayış məntəqələrinə ciddi zərər dəyib.

Rusiya Müdafiə Nazirliyi bəyan etdi – ATƏŞKƏS

3 Avqust 2017 11:09

Rusiya Müdafiə Nazirliyi, Suriyada atəşkəs xəbərini yayıb. “Olaylar” “Haberturk” - ə istinadən bildiri ki, Rusiya Müdafiə Nazirliyi Suriyanın müharibə  bölgəsi olaraq tanınan Şimali Humusta avqustun 3 – dən atəşkəs elan olacağını bildirib.  Atəşkəsin 150 min adamın yaşadığı 84 yaşayış sahəsini əhatə edəcəyi qeyd olunur.

Yılmaz Güney haqqında film Toronto Film Festivalında

3 Avqust 2017 10:52

Yılmaz Güney haqqında film beynəlxalq festivalda nümayiş olunacaq 7-17 sentyabr tarixlərində təşkil ediləcək  Toronto Film Festivalında türkiyəli  rejissor Hüseyn Qabın  Yılmaz Güney haqqında çəkdiyi  "Çirkin kral efsanesi" adlı sənədli filmi nümayiş olunacaq. “Olaylar” “Cumhuriyet” - ə istinadən bildirir ki, sənədli filmin adı Güneyin Yeşilçam filmlərində oynadığı rollardan qalma ləqəbi ilə adlanıdırılıb.

Məşhur yazıçı xəstəxanaya yerləşdirildi

3 Avqust 2017 10:48

Məşhur türkiyəli yazıçı  Muzaffer İzgü xəstəxanaya yerləşdirilib. Türk uşaq ədəbiyyatının önəmli simalarından olan "Olaylar" "Sözcü" - yə istinadən bildiri ki, Muzeffer İzgü qan azlığından əziyyət çəkir. Yazarın bu günə qədər uşaqlar üçün 107 kitab və 200 radio əsərləri yazıb.

Kafeyə silahlı basqın

3 Avqust 2017 10:46

Türkiyənin Ankara şəhərində yerləşən kafelərin birinə  silahlı basqın olub. "Olaylar" "Sözcü" - yə istinadən bildirir ki, Basqın nəticəsində bir nəfər yaralanıb. Şəxsiyyəti məlum olmayan iki nəfər kafeyə daxil olaraq insanlara atəş açaraq, dərhal hadisə yerindən uzaqlaşıblar.

ABŞ hərbiçisi həlak oldu

3 Avqust 2017 10:21

Əfqanıstanın Qəndəhar vilayətində “Taliban” hərəkatının silahlıları NATO qüvvələrinin konvoyuna etdiyi hücum nəticəsində iki ABŞ hərbçisi həlak olub. Pentaqonun rəsmisi Ceff Devis insidentin təfərrüatlarını açıqlamasa da, xəbəri təsdiqləyib. 

7 milyon insan aclıqdan əziyyət çəkir

3 Avqust 2017 10:11

Birləşmiş Millətlər Təşkilatı Yəməndə 7 milyon insanın  aclıq təhlükəsi ilə qarşı-qarşıya olduğu xəbərini yayıb. “Olaylar” bildirir ki, BMT Humanitar İşlər Koordinasiya Ofisinin internet saytında nəşr olunan hesabatda qeyd olunur ki, Yəməndə 5 yaşından kiçik 2,3 milyon uşaq aclıqdan əziyyət çəkir. Yəmənlilərin  üçdə ikisinin humanitar yardıma ehtiyacı var. Ölkədə insanların sığınacaq, qida, su və səhiyyə xidmətlərinə təlabat çoxdu.

4 mərtəbəli bina çökdü

3 Avqust 2017 07:28

Türkiyənin Diyarbəkır vilayətinin  mərkəzində bina çökdü. “Olaylar” "Anadolu" agentliyinə istinadən  bildirir ki,   çökmə təhlükəsinə qarşı  öncədən bir bina və ətrafındakı 3 mənzil polis əməkdaşları tərəfindən  boşaldılmışdı. Təhlükəsizlik tədbirlərinə görə boşaldılan  4 mərtəbəli bina axşam saatlarında çökdü. Binanın çökməsi nəticəsində ətrafda yerləşən bəzi yaşayış evlərinə maddi  ziyan dəyib.

Məktəbdə partlayış

2 Avqust 2017 23:17

ABŞ-ın Minneapolis şəhərində məktəbdə partlayış baş verib. Partlayışdan sonra məktəbdə yanğın başlayıb. Hadisə nəticəsində 2 nəfər itkin düşüb, məktəb binası qismən uçub. İlkin versiyaya əsasən, partlayışa qaz sızması səbəb olub. Hazırda hadisə yerində xilasedici əməliyyat davam edir.

“Samsung” rüblük gəlirin həcminə görə ilk dəfə “Apple”i üstələyib

2 Avqust 2017 20:45

“Apple” şirkəti avqustun 1-də cari maliyyə ilinin üçüncü rübünün (2017-ci ilin ikinci rübünə təsadüf edir) yekunları üzrə rəsmi hesabat təqdim edib.  

Məlumatların maqnit lent toplayıcılarında saxlanılması üzrə yeni dünya rekordu müəyyənləşib

2 Avqust 2017 20:30

ABŞ-ın "IBM" şirkəti məlumatların maqnit lent toplayıcılarında saxlanılması üzrə yeni dünya rekorduna imza atıb.

Yeni layihə virtual reallıqda Mars planetini öyrənəcək

2 Avqust 2017 20:15

“FMG Labs” studiyası ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) ilə əməkdaşlıqda “Steam” oyun servisində Mars planetinin tədqiqinə imkan verən “Mars 2030” layihəsini istifadəyə verib.  

“Google Chrome” brauzeri bezdirici reklamı bloklamağı öyrənib

2 Avqust 2017 20:03

“Google Chrome” brauzerinin mobil versiyasında daxili reklam bloklama funksiyası istifadəyə verilib. Funksiyanın təsvirinə görə, o, internetdə bütün reklamı deyil, yalnız şirkət tərəfindən "bezdirici" hesab edilən reklamı bloklayır. Funksiya brauzerin “Chrome Canary” və “Chrome Dev” adlı sınaq versiyalarının sonuncu yeniləməsində tətbiq edilib.

“Bitcoin” rəsmən iki virtual valyutaya ayrılıb

2 Avqust 2017 19:55

Populyar “Bitcoin” virtual pulunun fəaliyyətini tənzimləyən yeni protokol istifadəyə verilib. Sahə üzrə bir sıra mütəxəssislərin (miner) şərtlərin dəyişməsi ilə razılaşmaması nəticəsində “Bitcoin” iki virtual valyutaya bölünüb - klassik “Bitcoin” (BTC) və “Bitcoin Cash” (BCC və ya BCH).