Dünya

Ukraynaya müdaxilə haqqında sənədlər niyə gizlədildi? - ŞOK İDDİA

18 Avqust 2017 12:00

“Vikiliks” internet portalının banisi Culian Assanj 2016-cı ildə Rusiyanın Ukraynaya müdaxiləsi haqqında məxfi informasiya və sənədləri dərc etməkdən imtina edib.

Türkiyədən PKK – ya AĞIR ZƏRBƏ

18 Avqust 2017 11:53

Türk Silahlı Qüvvələri keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatına ağır zərbə vurublar. “Olaylar” bildirir ki, Türkiyə Silahlı Qüvvələri Şırnak və Hakaridə son bir həftə ərzində həyata keçirdikləri əməliyyatlar nəticəsində 58 terrorçu öldürülüb.  

ABŞ-a qarşı Türkiyə-Rusiya-İran ittifaqı: Həlledici DÖYÜŞ BAŞLAYIR

18 Avqust 2017 11:49

ABŞ və PKK “Əl-Qaidə” bəhanəsi ilə Suriyanın İdlib vilayətini işğal etməyə hazırlaşır. Ankarada isə Türkiyə-Rusiya-İran birgə əməliyyatı müzakirə edilir. İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Baqirinin Ankaraya səfərində İdlib mövzusu hərtərəfli müzakirə edilib. Masada olan plan Rusiya və İran əsgərlərinin cənubdan, Türkiyənin isə şimaldan irəliləyərək İdlibi “xarici ünsürlər”dən təmizləyərək nəzarət altına alınmasını nəzərdə tutur. Planın həyata keçirilməsi istiqamətində ilk addımların atıldığı bildirilir. Məlumata görə, Rusiya İdlibin cənubunda yerləşən Muradah və Halfa bölgələrinə əsgərlərini yerləşdirməyə başlayıb. Xamada hərbi baza halına gətirilən aerodromun da Rusiya tərəfindən güçləndirildiyi bildirilir.

Acun Ilıcalı azərbaycanlı müğənnini “O Səs Türkiyə”yə dəvət etdi

18 Avqust 2017 11:48

Keçən il “O Səs Türkiyə”də Hadisənin komandasında çıxış edən gənc ifaçı Ozan Əhmədov verilişdən təklif aldığını bildirib.

Barselona terrorunda şübhəli bilinən daha bir nəfər saxlanıldı

18 Avqust 2017 11:33

İspaniya polisi Ripol şəhərində Barselonadakı terror aktı ilə əlaqədar şübhəli bilinən daha bir şəxsi saxlayıb.

"Uşaq istəyirəm, yoxsa niyə evləndik?" - Kıvanç dilə gəldi

18 Avqust 2017 11:20

Bodrum tətilindən dönən Kıvanç Tatlıtuğ iti "Mars"la birlikdə Bebek çimərliyində görüntülənib.  Aktyor "İtlərim "Mars" və "Pars" ilə vaxt keçirmək mənə keyf verir. Vaxt tapdıqca onları gəzintiyə çıxarıram" deyib.

Binəli Yıldırım Barselonadakı terror aktını pisləyib

18 Avqust 2017 11:11

Türkiyənin baş naziri Binəli Yıldırım Barselonada baş verən terror aktını pisləyib. Türkiyənin baş naziri həmçinin İspaniya xalqına başsağlığı verib.

İspaniya qana boyandı - Ard-arda terror: xeyli ölən və yaralanan var

18 Avqust 2017 11:01

Bu gün səhər saatlarında İspaniyada növbəti terror aktı törədilib. Terrorçular dünən axşam mikroavtobusun piyadaların üzərinə sürüb 13 nəfəri öldürüb, 100 nəfəri yaraladıqdan saatlar sonra, bu gün səhər Barselonadan cənubda daha bir terakt törədiblər.

Kataloniya DİN: "Kambrilsdəki teraktın Barselonadakı analoji hücumla əlaqəsi olub"

18 Avqust 2017 10:59

Kataloniyanın Daxili İşlər Nazirliyi Kambrils şəhərindəki terror aktının Barselonadakı analoji hücumla əlaqəsini təsdiq edib. Ötən gün axşam Barselonadan 120 km məsafədə yerləşən Kambrilsdə 5 terrorçu avtomobili piyadaların üstünə sürüb, lakin polis tərəfindən zərərsizləşdiriliblər. Hadisə nəticəsində 7 nəfər, o cümlədən bir polis xəsarət alıb.

Marsda sirli su anbarı

18 Avqust 2017 10:48

ABŞ-ın John Hopkins Universitetinin bir qrup alimi Mars səthinin altında ekvatora yaxın yerdə buz şəklində böyük miqdarda su olduğunu aşkar ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, tədqiqatçılar aşkar etdiklərinin həqiqi olduğunu yoxlamaq üçün Mars orbitinin məlumatlarını yenidən təhlil etməyə başlayıblar. Lakin həmin ərazidə Qırmızı Planet iqlimininin olduğu nəzərə alındıqda bölgədə suyun olması ehtimalı böyükdür.

Türkiyədə ağır yol qəzası: 7 ölü, 20-dən çox yaralı

18 Avqust 2017 10:47

Türkiyənin Sakarya vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 7 nəfər ölüb, 20 nəfər xəsarət alıb. Məlumata əsasən, işçiləri aparan traktor aşaraq dərəyə yuvarlanıb. Ölənlərin sayının artacağı istisna olunmur. Yaralılar xəstəxanalara yerləşdirilib.

İŞİD məsuliyyəti öz üzərinə götürdü

18 Avqust 2017 07:20

Ötən gün Barselonada baş verən terror hadisəsinin məsuliyyəti  İŞİD terror qruplaşması öz üzərinə götürüb. "Olaylar" bildirir ki, Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon bildirib ki, terror aktı zamanı 13 nəfər ölüb. Hadisə zamanı xəsarət almış 80 nəfər xəstəxanaya yerləşdirilib.

Geyimi  aktrisanı pis vəziyyətə saldı

18 Avqust 2017 07:15

Aktrisa Bella Torn Los-Ancelesdə partilərdən birinə qatılıb. 19 yaşlı aktrisa partiyə qatıldığı geyimdə diqqət çəkib. Sinə dekolteli, tül libasda məclisə gedən Torn pis vəziyyətə düşüb. Belə ki, sinəsi açılan aktrisa əli ilə onu örtməyə çalışıb.

Məşhur şirkət 25 minədək işçisini ixtisar edəcək

18 Avqust 2017 07:13

İsveçin "Ericsson" şirkəti xərclərin azaldılmasına dair tədbirlər çərçivəsində xarici ofislərində 25 mindən artıq əməkdaşını ixtisar edəcək. İxtisar "Ericsson"un İsveçdəki əməkdaşlarına şamil edilməyəcək. Belə ki, ixtisar nəticəsində 80-90% ştat azaldılmış olacaq.