Dünya
Ömrünüzü 20 il uzatmaq istəyirsinizsə...
Amerikalı tədqiqatçılar əmindirlər ki, planetimizdəki canlı orqanizmlərin qəbul etdiyi qidanın miqdarı ilə onların ömrünün uzunluğu arasında müəyyən əlaqə vardır. İnsanın ömrünün uzunluğu məsələsi alimlərin çoxunu narahat edir. Amerikalı mütəxəssislər drozofil milçəkləri və laboratoriya siçovulları üzərində aparılmış təcrübələrə əsasən (qeyd edək ki, bu canlıların genləri insan genləri ilə 60 faiz üst-üstə düşür) bu qənaətə gəlmişlər ki, siçovulların qida rasionu azaldıldıqda bu heyvanlar 30-40 faiz çox yaşayır. Bu göstəricini insanlara tətbiq etsək, o deməkdir ki, insanın ömrünü 20 il artırmaq olar.
Uşaqlarınıza ayaqqabı alarkən bunlara DİQQƏT EDİN- FRANSIZ PEDİATRDAN XƏBƏRDARLIQ
Bu gün şəhərimizin uşaq mağazalarında satılan keyfiyyətli ayaqqabıların çoxu ortopedik funksiya daşıyır. Övladının sağlam inkişafını hərşeydən üstün tutan valideynlər isə körpəsinin ilk addımlarında bu tip ayaqqabılara üstünlük verir. Bəs uşaqlara ortopedik ayaqqabı geyindirmək nə dərəcədə doğrudur? Ümumiyyətlə, buna ehtiyac varmı? Balacalarımıza ayaqqabı alarkən nələrə önəm verməliyik?
“Google” axtarış nəticələrində videoların önbaxışını göstərməyə başlayıb
ABŞ-da “Android” sistemi ilə işləyən smartfonların sahibləri “Google Chrome” brauzerinin yeni versiyasında axtarış nəticələrində videoların önbaxışının avtomatik, amma səssiz göstərilməsinin şahidi olublar.
“Microsoft” danışığın tanınması dəqiqliyi üzrə yeni rekorda imza atıb
“Microsoft” şirkəti danışığın tanınması sisteminin işindəki səhvləri 5,1%-dək azaldıb. Bu yeni rekorddur, əvvəlki göstərici 5,9%-ə bərabər idi. "Yeni texnologiya danışığı peşəkar transkribatorlar (audi və video materialların mətnə tərcümə edən şəxslər) kimi tanıyır" – şirkətin bloqunda deyilir. “Microsoft Artificial Intelligence” bölməsinin mütəxəssisləri yoxlamalar üçün “Switchboard” yazılarından istifadə ediblər. Bu naməlum insanlar arasında müxtəlif mövzular üzrə 2400 telefon danışığından ibarət kolleksiyadır.
Hansı əməliyyat sisteminin istifadəçiləri antivirus proqram təminatı quraşdırmır?
“Windows” sisteminin yeni versiyalarında təhlükəsizlik tədbirlərinin daima təkmilləşdirilməsinə baxmayaraq, antivirus proqram təminatının ən aktual versiyasının mövcudluğu hələ də məcburi şərt olaraq qalır. Bununla belə, “Microsoft”un statistikasına əsasən, çoxlu sayda istifadəçi öz kompüterinə antivirus proqram təminatı quraşdırmır.
Rostovda fövqəladə vəziyyət elan edilib
Rusiyanın Rostov şəhərində baş verən güclü yanğın hadisəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Alov artıq 25 evi əhatə edib. 3 nəfər xəsarət alıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmisi Yevgeni Kondratyev alovun söndürürlməsi üçün təyyarə və 5 helikopterin cəlb edildiyini deyib: "6 kvartalda qaz və elektrik verilişi dayandırılıb, ərazidə 437 yanğınsöndürən, 212 texnika işləyir, 560 nəfər təxliyə edilib".
Qorxunc fəlakət — 800-dən çox ölən var
Cənubi Asiya ölkələri-Hindistan, Nepal və Banqladeşdə musson yağışları tüğyan edir. Leysan yağışlar sel və torpaq sürüşmələrinə səbəb olub. Üçölkədə 1 milyondan çox insan evsiz qalıb.
Olduqları yerdə bütün canlıları məhv edirlər – BU BALIĞIN QƏRİBƏ XÜSUSİYYƏTLƏRİ
Vətəni Qızıl dəniz olan aslan balıqları, son dərəcə qəribə balıq növlərindəndir. Adıçəkilən balığın bilmədiyiniz qəribə özəllikləri ilə bağlı sizə məlumat veririk. Bildirək ki, onların aslan yalına bənzər üzgəcləri var. Bu balıqlar olduqları yerdə bütün digər canlıları yox edirlər. Alimlər bildirir ki, onlrın yaşadığı bölgələrdə ya onlar olmalıdır, ya da digər növlər həyatını davam etdirə bilərlər. Aslan balığı çox yaxşı kamufilaj olur.
Məşhur cütlüyün ikinci övladı dünyaya gəldi
38 yaşlı aktrisa Rouz Birnlə 47 yaşlı aktyor Bobbi Kannavalenin ikinci övladı dünyaya gəlib. Aktrisa cütlük hələlik bu barədə heç bir açıqlama verməsə də, hələ bir neçə ay əvvəl ana olmaq haqda duyğularını belə dilə gətirmişdi: "Bir qədər yorulmuşam, amma çox xoşbəxtəm! Hamiləsənsə, ətrafdakılar sənə daha çox qayğı ilə yanaşır. Bu, möhtəşəmdir!".
İntellektual səviyyələri yüksək olan məşhurlar – SİYAHI
“Cevapsız Çınlama” mahnısı ilə adını geniş bir kütləyə yayan, son zamanlar “Sen Olsan Bari” mahnısı ilə zirvədə yer tutan Aleyna Tilki 4 yaşında ailəsinin zəka səviyyəsini ölçdürdüyünü və üyüksək çıxdığını açıqlayıb. Aleyna Tilki son testlərdən sonra İQ səviyyəsinin 140 olduğunu deyib.
Eks nazir İstanbulda vəfat etdi
1999 – cu ildə Kosovo baş naziri olan və Kosovanın ilk baş naziri kimi tarixə düşən Bayram Rəcəb İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. "Olaylar" bildiri ki, Kosovada beyin qanaması keçirən və bir müddət əvvəl Türkiyəyə müalicə alan nazir vəfat edib. Bayram Rəcəbin cənazənin Kosovaya aparılacağı bildirilir.
Ermənistanda külli miqdarda rüşvət alan hakim barəsində cinayət işi başlanıb
rmənistanda Xüsusi İstintaq Xidməti külli miqdarda rüşvət almaqda təqsirləndirilən hakim barəsində cinayət işi başlayıb. A.S. adlı şəxs istintaqa bildirib ki, 2005-ci ildə atasına məxsus ev və torpaq sahəsinin satışı ilə bağlı rəsmiləşdirmə zamanı səhvə yol verilib. Onlar bununla əlaqədar məhkəməyə müraciət etsələr də, məhkəmə şikayəti təmin etməyib. Atasının sahibkarlıq fəaliyyəti ilə məşğul olan tanışının vasitəçiliyi ilə İnzibati Məhkəmənin hakimi ilə danışıqlar aparılıb, tərəflər rüşvət qarşılığında məsələnin həlli barədə razılığa gəliblər. Bu məqsədlə onlar vasitəçiyə 10 min dollar veriblər. Vasitəçi isə 3 min dolları özünə götürüb, qalanını isə hakimə verib.
Facebook-un xəbər lenti yeniləndi
Facebook dizaynerləri sosial şəbəkənin vizual olaraq daha yaxşı görünməsi və istifadəçilər tərəfindən yaxşı qarşılanması üçün xəbər lentini yeniləmək qərarına gəliblər. 2 milyarda yaxın istifadəçisi olan sosial şəbəkənin dizaynı üzərində mütəmadi olaraq təcrübə aparılır.
Britaniyalılar "Biq Ben"lə vidalaşdılar - 4 illik
Yüzlərlə insan "Biq Ben" saatının zəngini sonuncu dəfə eşitmək üçün Londonda parlament meydanına toplaşıb. Saat qülləsi bu gündən 4 illik təmirə bağlanır.
Putin ABŞ-a yeni səfir təyin etdi
Rusiya prezidenti Vladimir Putin xarici işlər nazirinin müavini Anatoli Antonovu ABŞ-a səfir təyin edib.














