Dünya

PKK qatırlarla aparırdı, dronlar məhv etdi - Video

9 Aprel 2018 17:35

Türkiyənin Ağrı vilayətinin Doğubəyazid mahalında qatırla silah və partlayıcı aparan terrorçular dronla məhv edilib. Əməliyyatı Ağrı vilayətinin Jandarma Komandanlığının hərbçiləri həyat keçirib. Əməliyyatın görüntülərində PKK-çıların qayalıqda hərəkət etməyə çətinlik çəkən heyvana işgəncə verdikləri görünür. Bu, terror təşkilatının təkcə mülki şəxslərə, hərbçilərə qarşı deyil, digər canlılara qarşı da amansız olduğunu göstərir.

Türkiyə Donbasa ordu göndərməyə hazırdır - Ukrayna

9 Aprel 2018 17:33

Türkiyə Ukraynanın Donbas ərazisinə BMT sülhməramlılarının göndərilməsi fikrini dəstəkləyir və bu məsələ həyata keçiriləcəyi halda türk sülhməramlıları həmin qoşunların sıralarında təmsil olunmağa hazırdır.

Ərdoğanın anonsunu verdiyi əməliyyat başladı

9 Aprel 2018 17:00

Menbiç əməliyyatının ilk mərhələsi başlayıb. Bunu Konyada keçirilən bir konfransda təhlükəsizlik üzrə mütəxəssis Mete Yarar bildirib. “Bu prosesdə ən əhəmiyyətli hazırlıqlardan biri siyasi danışıqlardır, yəni diplomatiya fəaliyyətin bir hissəsidir. Əgər amerikalılarla, Rusiya, İran və digər tərəflərlə görüşürüksə, bu, əməliyyatın ilk mərhələsinin başlanması deməkdir”, - o deyib.

“Ağ kaskalılar”ın məşhur səhnəciyinə hazırlıq və “şahin”in Rusiyaya İLK ZƏRBƏSİ

9 Aprel 2018 16:29

ABŞ prezidenti Donald Trampın administrasiyası bu həftə Rusiya barəsində yeni sanksiyaları müzakirə etməyi planlaşdırır.

Rusiya ordusu döyüş vəziyyətinə gətirildi – Təcili

9 Aprel 2018 16:24

Rusiya ordusu döyüş vəziyyətinə gətirilib. Ölkənin demək olar ki, hər yerində hərbi texnika və raket sistemlərinin hərəkətliliyi müşahidə olunub.

Ərdoğanla Putin Şərqi Qutanı müzakirə etdilər

9 Aprel 2018 16:23

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.Dövlət başçıları danışıq zamanı əsasən Suriyanın Şərqi Quta ərazisindəki vəziyyəti müzakirə ediblər.

Qazaxıstanda teleaparıcı liftə minərkən ölüb

9 Aprel 2018 15:24

Qazaxıstanda televiziya aparıcısı Ayzat Abdisamat liftə minmək istəyərkən qəza baş verib və o, ölüb.

Sanksiya Rusiyanın aliminium nəhəngini batırır, Deripaska defolt elan etməyə hazırlaşır

9 Aprel 2018 15:15

ABŞ hökumətinin ötən həftə elan etdiyi sanksiyalardan sonra Rusiyanın aliminium nəhəngi “Rusal” sürətlə batır. Virtualaz.org xəbər verir ki, bu gün hərraclar başlayan kimi şirkətin səhmləri bütün birjalarda kəskin dəyə itirməyə başlayıb.

Lavrov: "Türkiyə Afrini Suriya hökumətinin nəzarətinə qaytarmalıdır"

9 Aprel 2018 15:05

"Afrində vəziyyəti normallaşdırmaq üçün ən sadə üsul onu Suriya hökumətinin nəzarətinə qaytarmaqdır". Məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovdeyib. S. Lavrov xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan heç vaxt Türkiyənin Afrini işğal etmək istədiyini söyləməyib: "Afrində indi vəziyyət normallaşıb və Türkiyə qarşısına qoyduğu əsas məqsədə nail olub. Buna görə də bu ərazi Suriya hökumətinin nəzarətinə qaytarılmalıdır”.

Urmiya gölü ətrafında duz qasırğası TƏHLÜKƏSİ

9 Aprel 2018 14:58

İranda güclü mövsümi küləklər qurumaqda olan Urmiya gölünün səthindən duz qasırğası təhlükəsi yaradıb. Məlumata görə, İranın Birinci vitse-prezidenti İshaq Cahangiri ötən gün Urmiya bölgəsinə səfər edib. Orada o, Urmiya gölü ilə bağlı vəziyyətlə tanış olub. İ.Cahangiri gölün qurumasının qarşısının alınması üçün İran hökumətinin bütün zəruri addımları atmağa hazır olduğunu bildirib.

Otelə silahlı hücum oldu

9 Aprel 2018 14:40

Türkiyənin İstanbul şəhərində yerləşən otellətinə birinə silahlı hücum olub. Olaylar.az bildirir ki, Taksimdə yerləşən “Kazancı Yokuşu” adlı otelə səhər saatlarında silahlı hücum olub.

Ermənistanın yeni prezidenti and içdi və işinə başladı

9 Aprel 2018 13:03

Ermənistanın yeni seçilmiş prezidenti Armen Sarkisyan parlamentin bugünkü xüsusi iclasında and içərək vəzifələrinin icrasına başlayıb.