Dünya

Dünyanın ən yaşlı insanı dünyasını dəyişib

22 Aprel 2018 12:01

Yaponiyada Yer kürəsinin ən yaşlı insanı dünyasını dəyişib. SİA "Associated Press"ə istinadən xəbər verir ki, yaponiyalı Nabi Tacima 117 yaşında vəfat edib.

"Rusiyaya qarşı daha sərt kurs həyata keçirilməlidir"

22 Aprel 2018 11:59

Almaniya müdafiə naziri Ursula fon der Lyayen Rusiyaya qarşı daha sərt kurs həyata keçirilməsini zəruri sayır.  Ursula fon der Lyayenin bu gün "Bild am Sonntag" nəşrində dərc olunan müsahibəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putin "zəifliyi qiymətləndirmir", sanksiyalar yolu ilə rəsmi Moskvanı Minsk öhdəliklərini yerinə yetirməyə məcbur etmək lazımdır.

Kabildə partlayış törədilib, ölənlər və yaralananlar var

22 Aprel 2018 11:58

Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib. Bu barədə "Pajvak" agentliyi bildirib.

Paşinyan və Sarkisyanın görüşü nəticəsiz yekunlaşıb

22 Aprel 2018 11:18

Ermənistanın baş naziri Serj Sarkisyan və etiraz aksiyasının lideri Nikol Paşinyan arasında keçirilən görüş nəticəsiz yekunlaşıb.  Sarkisyan qısa sürən nəticəsiz danışıqlardan sonra oranı tərk edib. Sarkisyan öncə bildirib ki, danışqılar jurnalistlərin iştirakı ilə keçirilməməlidir, Paşinyan buna cavab olaraq deyib ki, danışıqlar zamanı yalnız Sarkisyanın istefası müzakirə olunacaq.

Ermənistanın baş naziri istefa şərtlərini açıqlayıb

22 Aprel 2018 10:48

Ermənistanın keçmiş prezidenti və hazırkı baş naziri Serj Sarqsyan istefa şərtlərini açıqlayıb. Baş nazir ölkənin təhlükəsiz inkişafını təmin etdikdən və Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına nail olduqdan sonra vəzifəsindən gedəcəyini bildirib.

Nikaraquada mitinqlər zamanı 10 nəfər öldü

22 Aprel 2018 10:47

Nikaraquada ötən üç gün ərzində polis və ölkədə pensiya sisteminin dəyişdirilməsinə etiraz edənlər arasında baş verən toqquşmalar nəticəsində 10 nəfər ölüb. Mitinqlər aprelin 18-də başlanıb. Ən geniş etirazlar ölkənin paytaxtı Manaquada qeydə alınıb. Toqquşmalar zamanı azı 100 nəfər xəsarət alıb.

Böyük Çin səddinin baxımsız qalmış hissəsi dronla çəkildi

22 Aprel 2018 10:43

Böyük Çin səddinin baxımsız qalmış hissəsi dron vasitəsi ilə quş uçuşundan çəkilib.  Videonu "Xinhua" agentliyi yayımlayıb.  Kadrlarda abidənin dağılmış və turistlər üçün əlçatmaz olan hissələrini görmək mümkündür.

Dağıstanda terror aktı planlaşdıran 9 silahlı məhv edilib

22 Aprel 2018 10:40

Dağıstanın Dərbənd şəhərində 1 May bayram tədbirlərində terror aktı planlaşdıran 9 silahlı zərərsizləşdirilib.

İran ABŞ-ın sanksiyalarına cavab olaraq nüvə proqramını bərpa etməyə hazırdır

22 Aprel 2018 10:34

ABŞ prezidenti Donald Tramp mayda sanksiya tətbiqinin dayandırılması qərarının müddətini uzatmayacağı təqdirdə İran nüvə proqramını bərpa edəcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib.

Ərdoğan ABŞ-ın Türkiyəyə təhlükəsindən danışıb

22 Aprel 2018 10:33

Türkiyəyə təhlükə, ilk növbədə, strateji tərəfdaşlarından gəlir.  APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın YPG terrorçularına hərbi dəstəyini nəzərdə tutaraq Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb

21 Aprel 2018 21:36

Ermənistan prezidenti Armen Sarkisyan Yerevanın Respublika meydanında keçirilən etiraz aksiyasına gələrək müxalifət lideri Nikol Paşinyanla görüşüb.

Məşhur qadın aparıcılar futbola görə DÜŞMƏN OLDULAR: "Azarkeş hər şeyi söyləyə bilər”

21 Aprel 2018 20:12

Türkiyənin iki məşhur qadın aparıcısı – Esra Erol və Müge Anlı futbol üstündə mübahisə edib. Çərşənbə günü “Fənərbaxça” – “Beşiktaş” derbisində çıxan olaylar aparıcıları bir-birinə düşmən edib. “Fənərbaxça” azarkeşi Müge Anlı derbidə çıxan davalarda “Beşiktaş” komandasını ittiham edib. O, “futbolçular gedib azarkeşə hücum etməyəcəklər. Sən futbolçusan. Azarkeş hər şeyi söyləyə bilər” deyib. Qatı beşiktaşlı olan Esra Erol isə həımkarının bu ifadələrinə sərt reaksiya verib: “Onların da hissləri var. Bir futbolçunun ölmüş anasına söymək bizim ənənəmizdə yoxdur”.

Putinin svarovski qələmi REKORD QİYMƏTƏ satıldı

21 Aprel 2018 16:54

Rusiya prezidenti Vladimir Putinin istifadə etdiyi qələm hərraca çıxarılıb. Qələm Fransanın “Drouot” hərrac evində yeni sahibini tapıb.