Dağıstanda terror aktı planlaşdıran 9 silahlı məhv edilib
Dağıstanın Dərbənd şəhərində 1 May bayram tədbirlərində terror aktı planlaşdıran 9 silahlı zərərsizləşdirilib.
22 Aprel 2018 10:40 DünyaDağıstanın Dərbənd şəhərində 1 May bayram tədbirlərində terror aktı planlaşdıran 9 silahlı zərərsizləşdirilib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, axtarış əməliyyatları zamanı şəhərin ayrı-ayrı hissələrində 2 qrup silahlı aşkar edilib. Silahlılar təslim olmaqdan imtina edərək, polislərə silahlı müqavimət göstərib. Atışma zamanı silahlılar məhv edilib. Məlumata əsasən, mülki əhali və polislər arasında ölən olmayıb, bir xüsusi təyinatlı yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31