Kabildə partlayış törədilib, ölənlər və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib. Bu barədə "Pajvak" agentliyi bildirib.

Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib. Bu barədə "Pajvak" agentliyi bildirib.

Məlumata görə, hadisə paytaxtın qərbində, seçicilərin qeydiyyatı mərkəzinin qarşısında baş verib. Hadisə nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb. Hadisə yerinə həkimlər və polis əməkdaşları cəlb edilib. Partlayışın səbəbi hələlik məlum deyil.  Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31