Dünya

İmperator deputatlığa namizədliyini irəli sürəcək

26 Aprel 2018 15:01

Türkiyəli müğənni İbrahim Tatlısəs deputatlığa namizədliyini irəli sürüb. Olaylar.az bildirir ki, iyunun 24 –də Türkiyədə keçiriləcək seçkilərdə AK partiyasından namizədliyini irəli sürən müğənni İzmir şəhər seçki dairəsinə sabah müraciət edəcək.

Ermənistanda daha bir neçə nazir və qubernator istefa verib

26 Aprel 2018 14:55

Ermənistanda Daşnaksütun Partiyasından olan nazir və qubernatorlar istefa veriblər. Ərazi idarəetmə və inkişaf üzrə nazir David Lokyan, təhsil və elm naziri Levon Mkrtçyan, ekologiya naziri Arsvik Minasyan, həmçinin Şirak vilayətinin qubernatoru Artur Xaçatryan və Araqatsotn vilayətinin qubernatoru Aşot Simonyan istefa qərarlarını açıqlayıblar.

Ermənistan rəhbərliyinin təhlükəli ssenarisi

26 Aprel 2018 14:26

Ermənistanda məlum hadisələr meydana gələndən etibarən düşmən ölkədə baş verənlərin  Azərbaycanın maraqlarına o qədər də uyğun olmadığı barədə müəyyən fikirlər səsləndirilirdi. Haqlı olaraq bildirilirdi ki, Ermənistanda ciddi şəkildə təlatümün baş verməsi onun ağası sayılan Rusiyanın maraqlarına uyğun olmayacaq və Cənubi Qafqazda əsas dayaq nöqtəsi sayılan Ermənistanın Rusiyanın təsir dairəsindən çıxıb Qərbin təsir dairəsinə keçmə cəhdini Kreml soyuqqanlı qarşılamayacaq.

Sergey Baburin: “Üçüncü qüvvələr var ki, Türkiyə-Rusiya əməkdaşlığında maraqlı deyillər”

26 Aprel 2018 14:13

Yüksələn Avrasiyada Türkiyə-Rusiya münasibətlərinin gələcəyi mövzusuna həsr olunmuş Antalya zirvəsində Rusiya prezidentliyinə  keçmiş namizəd, Rusiya Ümumxalq İttifaqı Partiyasının üzvü Sergey Baburin çıxış edib.

Keçmiş polis QIZIL QATİLİN silsilə cinayətləri - FOTOLAR

26 Aprel 2018 13:57

Amerikalı keçmiş polis qatı cinayətkar şübhəsi ilə həbs olunub. Olaylar.az bildirir ki, 72 yaşındakı Cozef James De Angelo 1976 – 1986 –cı illərdə 12 nəfəri öldürüb, 51 nəfərə təcavüz edib və 120 –dən çox evi qarət etməkdə şübhəli bilinir. AB, Federal Tətqiqat Bürosu bu qətlləri edən şəxsin həbsinə kömək edənə 50.000 dollar mükafat verəcəyini açıqlamışdı. “Qızıl dövlət qatil” ləqəbi ilə axtarılan qatilin DNA testi ilə Cozef James De Angelonın DNA testində oxşarlıq var. Keçmiş polis məhz bu səbəbdən həbs olunub. Cinayətləri onun törətdiyi sübut olunarsa, ölüm cəzası cəzalanacaq.

Qərb Yaxın Şərqdə yeni ittifaq yaradır

26 Aprel 2018 13:53

Ayrı-ayrı regionlarda maraqlı proseslər müşahidə edilməkdədir. Cərəyan edən proseslərin fonunda ortada olan aydın mənzərə ondan ibarətdir ki, Qərbdə, Birləşmiş Ştatlarda Türkiyə-Rusiya ittifaqı, müttəfiqliyinə zərbə vurmaq, bu iki dövləti zəiflətmək üçün müxtəlif planlar cızılır. Ankara və Moskvaya qarşı təzyiq elementləri daha çox Yaxın Şərqdə özünü büruzə verir.

Helikopter pərlərilə adamı parça-parça etdi – DƏHŞƏTLİ VİDEO

26 Aprel 2018 13:03

Kolumbiyanın Kaukas vilayətində dəhşətli qəza baş verib. Yük daşıyan helikopter burada qəzaya uğrayıb. Qəzadan yüngül xəsarətlərlə qurtulanlar dərhal xilas etmə xidmətini köməyə çağırıb.

Serj Sarkisyan Ermənistanın hakim partiyasının sədrliyindən də istefa verib

26 Aprel 2018 13:02

Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyanhakim Respublika Partiyasının sədrliyindən də istefa verib. Məlumata görə, partiyanın mətbuat xidmətinin yaydığı açıqlamada deyilir ki, partiya daxilində sədrin dəyişdirilməsi barədə müzakirələr başlayıb.