Dünya

Türkiyə əsas HƏDƏFDİR – “Əsrin razılaşması”nın ŞOK DETALLARI

30 Aprel 2018 17:31

Yaxın Şərqin parçalanaraq yenidən dizayn edilməsi üçün tətbiq olunması istənilən “əsrin razılaşması“ layihəsinin hədəflərindən biri Türkiyədir.

Putin Makronla telefonda İranı müzkirə etdi

30 Aprel 2018 16:40

Rusiya prezidenti fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb. Məlumata görə, telefon söbbəti barədə Kremlin mətbuat xidməti xəbər yayıb. Məlumata görə, iki ölkə lideri arasında telefon söhbəti zamanı İranla nüvə sazişi ətrafında müzakirə aparılıb.

Paşinyan: Bakı silahlanır, Rusiya ilə danışacağıq...

30 Aprel 2018 16:37

Avropa Birliyi ilə müqavilə imzalayıb, ratifikasiya etmişik. Biz bu razılaşmanı reallaşdırmaq istəyirik. Bunu BBC-yə müsahibəsində Ermənistan müxalifətinin lideri Nikol Paşinyan deyib.

Ermənistandan sonra sırada Gürcüstandır?

30 Aprel 2018 16:11

Ermənistanın ardınca indi də Gürcüstanda siyasi proseslər arzuedilməz məcraya qədəm qoyur.  Hər halda keçmiş baş nazir Bidzina İvanaşvilinin yenidən siyasi meydana qayıtmaq istəyini açıqlaması, eləcə də sabiq prezident Mixail Saakaşvilinin yenidən Gürcüstana qayıtmaq istəyinin baş qaldırması bütün bunları deməyə əsas verir.  Təsadüfi deyil ki, bəzi Qərb analitikləri də  Gürcüstanda yeni demokratiya dalğasının başladığıni proqnozlaşdırırlar.

Repressiya, yoxsa sevgi qurbanı? - Xədicə Qayıbova

30 Aprel 2018 16:08

Azərbaycanın ilk pianoçularından biri Xədicə Qurbanova 1893-cü ildə Tiflisdə müsəlman ruhanisi Osman Müftizadənin ailəsində dünyaya gəlib. "Müqəddəs Nina" qızlar məktəbində fortepiano üzrə xüsusi kurs bitirib. 1911-ci ildə məktəbi bitirdikdən sonra Azərbaycanın ilk şəfqət bacısı Nigar Şıxlınskiyanın qardaşı mühəndis Nadir Qayıbovla ailə həyatı qurur. 1919-cu ildə ailəsi ilə birlikdə Bakıya köçür. Xədicə Qayıbova fortepianinoda xalq mahnıları muğamlar əsasında improvizasiyalarla çıxış edib. 

Suriyanın bombalanması nəticəsində 18 iranlı hərbçi ölüb - KİV

30 Aprel 2018 15:08

Suriyada hərbi bazanın bombalanması nəticəsində 18 iranlı hərbçi həlak olub. Onların arasında İnqilab Keşikçiləri Qvardiyasının yüksək rütbəli zabitləri də var. İranın bu agentliyinin məlumatına dünyanın bir çox KİV-ləri, o cümlədən "Associated Press" istinad edib və iranlı hərbçilərin ölməsi barədə məlumat yayıb.

Tanınmış müğənni arvadının görüşdüyü kişini öldürdü - ŞOK DETALLAR ÜZƏ ÇIXDI - VİDEO

30 Aprel 2018 15:05

Arvadı ilə sevgili olduğu iddiasıyla vəkil Onur Evrim Demiri öldürən tanınmış müğənni Emrah Dinçer həbs olunub. Ankara Baş prokurorluğunda 2016-cı ilin avqust ayında vəkil Onur Evrim Demirin vəhşicəsinə öldürülməsi ilə bağlı istintaq prosesi yekunlaşıb. Qətli törətməkdə təqsirləndirilən müğənni Emrah Dinçer ilə cəsədin gizlədilməsinə kömək etdiyi irəli sürülən vəkil Şükrü Açıkbaş hakim qarşısına çıxarılıb.