Dünya

Koalisiya yeni zərbə endirdi - 25 dinc suriyalı öldü

1 May 2018 17:32

Suriyanın şimalındakı Haseke şəhərinə Qərb koalisiyasının təyyarələri növbəti aviazərbələr endirib. Məlumata görə, zərbələr nəticəsində azı 25 nəfər həlak olub.

Türkiyəli məşhur müğənni evində ölü tapıldı

1 May 2018 17:16

Tanınmış musiqiçi Qalip Kayıhan İstanbulun Yeşilköy rayonunda yalnız yaşadığı evində ölü tapılıb.  Milliyet xəbər verir ki, çox məşhur müğənninin mahnılarında imzası olan 66 yaşlı musiqiçinin ölüm xəbərini müğənni Onur Akay bu sözlərlə verib: "Dəyərli musiqiçi Qalip Kayıhanı dünən yalnız yaşadığı Yeşilköydəki evində keçirdiyi infarkt nəticəsində itirdik. İki gündür ondan heç bir xəbər ala bilməyən oğlu və yaxınları dəyərli musiqiçi dostumuzun vəfat etdiyini evə daxil olanda biliblər".

“Körpüdə 2 ABŞ kəşfiyyatçısı gördüm, hərbçiləri idarə edirdilər” – 15 iyul çevrilişinin məhkəməsi

1 May 2018 17:08

Fətullahçı Terror Təşkilatının çevriliş cəhdi təşəbbüsü çərçivəsində 34 nəfərin şəhid edildiyi 15 İyul Şəhidlər Körpüsündə baş vermiş hadisələrin məhkəməsi gedir.

“Ermənistandakı proseslər mövqeyimizə təsir edə bilməz"

1 May 2018 16:57

“Azərbaycan regionun lider dövləti kimi Ermənistanda baş verən prosesləri izləyir və təbii ki, bu bizləri maraqlandırmalıdır. Amma kritik dərəcədə yox. Çünki Azərbaycan öz müstəqil daxili və xarici eləcə də Dağlıq Qarabağla olan siyasətini irəli sürür”. Bunu beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

Ukraynanın “Tarixi Ürəyi”

1 May 2018 16:30

Bir neçə həftə öncə Ukraynada səfərdə olarkən dostumuzun dəvətilə ölkənin qərbində yerləşən Lvov şəhərinə də “atüstü” baş çəkdik. Bu barədə təəssüratlarımızı oxucularımızla bölüşmək maraqlı olardı.

Təmizlik işçisi zibil qabında qızıl külçələri tapdı

1 May 2018 15:42

Cənubi Koreyanın İnçhon şəhərinin hava limanında təmizlik işçisi zibil qablarının birində 327 min dollar həcmində qızıl külçələri tapıb. Polis külçə sahiblərinin məlum olmadığını deyib.

Paşinyanla bağlı müzakirə edib, qərar verəcəyik – Vitse-spiker

1 May 2018 15:38

Etiraz hərəkatının lideri Nikol Paşinyan baş nazir ola bilməz. Bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib. Onun sözlərinə görə, partiya məsələ barəsindəki mövqeyini müzakirələrdən sonra açıqlayacaq: “Hələlik isə fraksiya Paşinyanın siyasi proqramı ilə tanış olmaq və onun verilən sualları necə cavablandırmasını müşahidə edir”. Şarmazanov Paşinyanın baş nazir seçilməsini istisna etməsə də, özünün müxalif lideri bu postda görmədiyini bildirib.

Nikol Paşinyan: "Rusiya və Ermənistan strateji müttəfiq olaraq qalacaq"

1 May 2018 15:34

“Biz Rusiyanı strateji müttəfiq sayırıq və bizim hərəkatımız buna təhlükə yaratmır. Əgər mən baş nazir seçilsəm, Ermənistan Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalacaq”. Bu sözləri Ermənistan parlamentinin xüsusi iclasında çıxış edən “Yelk” (Çıxış) fraksiyasının baş nazir vəzifəsinə namizədi Nikol Paşinyan bildirib.

Eynşteynin 1.56 milyon dollarlıq “Xoşbəxtlik resepti”

1 May 2018 14:54

Albert Eynşteynin “Xoşbəxtlik resepti” adlanan  kağız Yerusəlimdə 1.56 milyon dollara satılıb. Dahi şəxsiyyət 1922-ci ildə Tokioya mühazirə oxumağa gələndə ona Nobel mükafatı aldığını xəbər gətirən kuryerə bəxşiş verməyə pulu olmur. Albert hotelin kitabçasından cırdığı iki vərəqə məsləhət yazaraq “Ola bilsin, bu qeyd bəxşişdən daha qiymətli olacaq” deyib. Qeyd alimin əl yazısı ilə almanca yazılıb.