“Buna ehtiyacımız var” - Paşinyan müharibəyə hazırlaşır?
1 May 2018 16:33 Dünya"Ermənistan hərbi xərclərin artımına ehtiyac duyur".
Bunu Ermənistan müxalifətinin lideri, "Yelk" parlament fraksiyasının başçısı, baş nazir postuna yeganə namizəd Nikol Paşinyan parlamentdə baş nazir seçkiləri üzrə keçirilən xüsusi iclasda çıxışı zamanı bildirib.
"Ermənistanda hərbi xərclər regiondakı vəziyyətlə adekvat olmalıdır. Hesab edirəmmi ki, indi Ermənistan hərbi xərclərin artımına ehtiyac duyur? Və biz bunu büdcə daxilolmaların artması ilə paralel edə biləcəyik", - Paşinyan deyib.
Qeyd edək ki, Paşinyan baş nazir postuna yeganə namizəddir. Parlamentin iki başqa fraksiyası "Çarukyan" və "Daşnakstyun" onu dəstəkləyir. Üç fraksiya birlikdə 47 mandata sahibdir. Paşinyanın seçilməsi üçün isə ən azı 53 səsə ehtiyac var. Beləliklə, baş nazirin seçilməsi üçün hakim Respublika Partiyasından (parlamentdə 58 yerə malikdir -red.) ən azı 6 deputatın səsi tələb olunur.
Qeyd edək ki, 2018-ci il büdcə qanunu ilə Ermənistan müdafiə sahəsinin xərcləri 247 milyard dram (874 milyon 120 min 807 AZN) təşkil edir.
Publika.az