Dünya
Rusiya xüsusi xidmət orqanları Moskvada terror hücumunun qarşısını alıb
Əfqanıstanda polis məntəqəsinə hücum - 43 nəfər öldü
Əfqanıstanda radikal "Taliban" hərəkatının yaraqlıları tərəfindən polis məntəqəsinə və bir neçə nəzarət-buraxılış məntəqəsinə hücum nəticəsində azı 43 polis məmuru ölüb. Bu barədə "Ariana" telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.
İranda ABŞ-ın nüvə sazişindən çıxmasına etiraz olaraq aksiyalar keçirilir
İranda ABŞ-ın nüvə sazişindən çıxmasına etiraz olaraq bütün ölkə ərazisində kütləvi aksiyalar keçirilir. Bu gün İranın bütün bölgələrində cümə namazından sonra ABŞ-ın nüvə sazişindən çıxması və öhdəliyi yerinə yetirməməsinə qarşı aksiyalara start verilib. Aksiyada ABŞ və prezident Trampın əleyhinə şüarlar səsləndirilib.İranda ABŞ-ın nüvə sazişindən çıxmasına etiraz olaraq bütün ölkə ərazisində kütləvi aksiyalar keçirilir. Bu gün İranın bütün bölgələrində cümə namazından sonra ABŞ-ın nüvə sazişindən çıxması və öhdəliyi yerinə yetirməməsinə qarşı aksiyalara start verilib. Aksiyada ABŞ və prezident Trampın əleyhinə şüarlar səsləndirilib.
Binəli Yıldırımdan Paşinyana tutarlı - Cavab/Video
Türkiyə Baş Naziri Binəli Yıldırım ermənistanlı həmkarı Nikol Paşinyanın danışıqlara hazırıq açıqlamasına münasibət bildirib. Baş Nazir mövzu ilə bağlı jurnalistlərin sualını cavablandırıb.
Vatikanın İslam dünyasını ayağa qaldıran MƏDİNƏ PLANI
Vatikanın Mədinədə kilsə inşa edəcəyinə dair informasiyalar İslam dünyasında ciddi reaksiyaya səbəb oldu. Vatikandan fransalı kardinal ötən ay Ər-Riyada səfər etdi və Səudiyyə Ərəbistanının kralı Salmanla görüşdü. Bu səfərdən sonra Misir mediası “Ər-Riyadla Vatikan anlaşdı, Səudiyyə Ərəbistanda kilsə inşa ediləcək” xəbərini yaydı. Vatikan bu xəbəri təkzib etmədi, lakin daha sonra kilsənin Mədinədə inşa ediləcəyinə dair xəbər də ortaya çıxdı.
"Beşiktaş"ın prezidenti azərbaycanlı sevgilisini türk gözəlinə dəyişdi
Özəl həyatı ilə tez-tez maqazin manşetlərinə çıxan “Beşiktaş” klubunun prezidenti, biznesmen Fikrət Orman azərbaycanlı sevgilisi ilə yollarını ayırıb. Məşhur iş adamı Türkiyədə 1992-ci il gözəli seçilən Özləm Kaymaz ilə yeni bir eşqə yelkən açıb. Xəbəri “Sabah” qəzeti yayımlayıb. Həyat yoldaşı Sədəf Orman ilə 21 illik evliliyinə son qoyan prezident ayrılıqdan sonra tez-tez şəxsi həyatındakı dəyişikliklərlə gündəmə gəlir. Onun idmana maraq göstərən qadınlar daha çox xoşuna gəlir.
TANAP-ın istifadəyə veriləcəyi tarix yenidən dəyişdirilib
Azərbaycan təbii qazını Türkiyəyə nəql edəcək Trans-Anadolu boru kəmərinin (TANAP) istifadəyə veriləcəyi tarix yenidən dəyişdirilib.
Mayın 14-də Putin və Paşinyan görüşəcək
Mayın 14-də Rusiya prezidentiVladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk görüş keçiriləcək.
Trampın gizli məktubunu Xameneiyə Putin çatdırıb? – ŞOK TƏFƏRRÜATLAR
İranın dini lideri ayətullah Əli Xamenei çərşənbə günü etdiyi çıxışında xüsusi bir məqama diqqəti yönəltdi. Xamenei ABŞ prezidenti Donald Trampın ötən günlərdə ərəb ölkələrinin liderlərinə bir məktub göndərdiyini söylədi. Trampın nüvə razılaşmasından çəkildiyini açıqlamasından bir gün sonra – mayın 9-da tvitter hesabından paylaşım edən Xamenei Amerika liderinin körfəzdəki ərəb ölkələrinin liderlərinə göndərdiyi məktubda “7 trilyon dollar xərclədim, əvəzində bir şeylər etməlisiniz” yazdığını iddia edib.
Hitler Bakıya girsə, hamıya “Mersedes” bağışlayacaqdı...
“Ana vətən”, yoxsa divarlarına “Bura zibil atanın anasını...” yazılan vətən?! Yadıma gəlir, bir dəfə Bayraq günündə hansısa telekanal küçədə gənclərə sual ünvanlamışdı: “Vətən üçün canından keçərsənmi?” Demək olar, hamı tərəddüdsüz “ölməyə hazırıq” cavabını vermişdi. O zaman çox düşündüm, necə ola bilər ki, insanlar anlamadıqları, bəlkə də hər gün mahiyyətinə xəyanət etdikləri dəyərlər üçün ölməyə hazır olurlar?
150 hərbçi saxlanıldı
Türkiyənin hüquq-mühafizə orqanları İstanbulda FETÖ terror təşkilatilə əlaqədə şübhəli bilinən 150 hərbçini həbs edib. "Anadolu" agentliyi xəbər verir ki, ümumilikdə 300 nəfərə qarşı həbs orderi çıxarılıb, onlardan 211 nəfəri fəaliyyətdə olan hərbçilərdir.
Bayden dedi, biz də dovşan kimi səs verdik - Deputat
Ukrayna xaricdən idarə olunur. Bunu “112 Ukrayna” televiziyasına müsahibəsində Ukrayna Radasının deputatı Yevgeni Murayev deyib. Onun sözlərinə görə, ölkənin siyasətini amerikalı məmurlar müəyyənləşdirirlər:
İsrailin İranı vurması Qərbi böldü: Almaniya, İngiltərə və Fransa Tehranın müdafiəsinə qalxdı
ABŞ-ın İranla nüvə müqaviləsindən çəkilməsi Yaxın Şərqdə prosesləri yenidən qızışdırıb. Vaşinqtonun müttəfiqi İsrailin raketlərlə Suriyadakı İran hədəflərini vurmasından sonra, Birləşmiş Ştatlar rəsmi Tehrana yeni sanksiyalar tətbiq edib. İlk sanksiya paketi avqustun 6-da, ikincisi isə 4 noyabrda dövrəyə girəcək. ABŞ Maliyyə naziri Stiven Mnuchin yeni sanksiyaların İran İnqilab Mühafizəçiləri ordusu ilə əlaqələri olan altı nəfəri və üç qurumu əhatə etdiyini söyləyib. Vaşinqtonun iddiasına görə, siyahıya salınanlar İnqilab Qvardiyasına milyonlarla dollar ötürən şəxslərdir. Sanksiyaların hədəfində olanların hamısı İran vətəndaşıdır, şirkətlər də İranda qeydiyyatdadır.
Kriştiano Ronaldo cizgi film qəhrəmanı olacaq
Real Madridin və Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo "Graphic İndia" kompaniyası ilə əməkdaşlıq edəcək.














