Ermənistanın yeni müdafiə naziri məlum olub
11 May 2018 13:23 DünyaErmənistanın yeni müdafiə nazirinin kimliyi məlum olub.
Baş nazir Nikol Paşinyan bu vəzifəyə fövqəladə hallar naziri səlahiyyətlərinin icraçısı David Tonoyanın təyin olunacağını açıqlayıb.
"Deyə bilərəm ki, David Tonoyan bu gün müdafiə naziri təyin olunacaq", - N.Paşinyan hökumətin iclasından sonra bildirib.
Xatırladaq ki, müdafiə naziri Vigen Sarkisyan mayın 8-də vəzifəsindən istefa verib. O, 2016-cı ilin oktyabrından bu vəzifədə çalışırdı.
Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31