Dünya

Rusiya jurnalisti həbs edildi – Vətənə xəyanət

18 May 2018 12:29

“Rusiya” İnformasiya Agentliyinin (RİA) Ukrayna bölməsinin direktoru Kirill Vışınski həbs edilib. Vışınski vətənə xəyanətdə ittiham edilib.

İsrail nazirindən Ərdoğana həqarət: “Türkiyə tərcid edilsin…”

18 May 2018 12:24

İsrailin elm naziri Ofir Akunis ölkə parlamentinə (Knesset) müraciət edərək qondarma erməni soyqırımını tanınmasını tələb edib.

Misir səfiri: “Misir dinc fələstinlilərin hədəfə alınmasını kəskin şəkildə pisləyir”

18 May 2018 12:07

Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri cənab İbrahim Adil Olaylar.az –a açıqlamasında bildirib ki, ölkəsi Fələstinin mülki əhlisinin İsrailin işğalçı qüvvələri tərəfindən hədəfə alınmasını kəskin şəkildə pisləyir, öz qanuni və ədalətli haqlarının müdafiəsini tələb edən nümayişçilərə qarşı güc tətbiqini qətiyyətlə rədd edir.

Yerevan yenə qarışdı: Etirazçıların bu dəfəki tələbi nədir?

18 May 2018 11:10

Bu gün səhər saatlarında təqribən 100 nümayişçi Yerevanda Ermənistan Baş Prokurorluğunun binasının qarşısına toplaşıb. Onlar baş prokuror Artur Davtyanın istefasını tələb edirlər.

Dünyanın ən varlı dilənçisi - hesabında 5,5 milyon dollar

18 May 2018 09:27

Livanda uzun illərdir dilənçilik edən Fatma Muhamməd Osman adlı qadının öləndən sonra hesabından çıxan pul hamını şoka salıb. Qadın 15 il Beyrutun əl-Basta əl-Fuka bölgəsində köhnə avtomobildə yaşayıb. Fiziki qüsurlu olan 54 yaşlı Fatma ötən gün hər zaman ona köməklik edən məhəllə sakinləri tərəfindən yatağında ölmüş vəziyyətdə tapılıb. Polislərin axtarışı zamanı illərdir dilənçilik edən qadının özünə ev etdiyi avtomobilin içərisindən 5 milyon 700 min Livan lirəsi (təxminən 4 min dollar) tapılıb. 

4 uşaq anasının başını kəsdi, polisə könüllü təslim oldu

18 May 2018 09:20

4 uşaq anası səhər saatlarında sevgilisi tərəfində amansızca qətlə yetirib. Hadisə Türkiyənin Kastamonu adlanan ərazisində baş verib. İlkin məlumatlara görə, 38 yaşlı Pınar Çelik adlı qadını birlikdə yaşadığı Gencay G. adlı şəxs qətlə yetirib. Qadının başının kəsildiyi deyilib.

KXDR Cənubi Koreyanı hədələdi

18 May 2018 09:19

KXDR Koreya Respublikası ilə dialoqun dondurula biləcəyinə işarə edib. Müvafiq bəyanatla KXDR vətəninin sülh yolu ilə birləşdirilməsi Komitəsinin sədri Li Son Qvon çıxış edib. O, Koreya Mərkəzi Teleqraf Agentliyinə müsahibəsində bildirib ki, iki Koreya arasında yüksək səviyyədə danışıqların ləğvinə gətirib çıxaran vəziyyət həllini tapmayınca, Cənubi Koreya rejiminin nümayəndələri ilə yenidən təkbətək görüşmək, o qədər də asan olmayacaq.