Dünya güclərinin regional mübarizəsi

Birləşmiş Ştatlar sözün həqiqi mənasında Türkiyə ilə rəqabətə girib desək yanılmarıq. Qardaş ölkənin Yaxın Şərqdə, xüsusilə Suriyada möhkəmlənməsini həzm edə bilməyən, Türkiyənin Rusiya ilə birlikdə Suriyada söz sahibinə çevrilməsini qəbul etməyən Vaşinqton Qüds məsələsini ortaya atmaqla Ankaraya müəyyən mənada geopolitik məcrada zərbə vurduğunu qənaətindədir. Artıq Ankaranın bir nömrəli xarici siyasət məsələsi Qüds olduğundan Birləşmiş Ştatların Türkiyə ilə bağlı planlarının müəyyən mənada həyata keçdiyini söyləyə bilərik.

Ancaq görünür Vaşinqton bununla da kifayətlənmək niyyətində deyil. Paralel olaraq Türkiyənin digər regionlarda da olan maraqlarını zərbə altına almaq, həmin regionlardan Ankaranı sıxışdırmaq planları üzərində iş aparılır. Bu mənada hazırda Vaşintonun diqqət yetirdiyi digər bir region Orta Asiyadır. İndiki məqamda Birləşmiş Ştatların Orta Asiya siyasəti ilə bağlı yeni prioritetlər ortaya qoyması heç də təsadüfi sayıla bilməz. Ekspertlər bunu bir müddət əvvəl Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın  Orta Asiya regionuna səfəri ilə əlaqələdiririlər. Məlumat üçün qeyd edək ki, sözügedən səfər zamanı Türkiyə prezidenti Özbəkistanda bir sıra görüşlər keçirib və iki ölkə arasında müxtəlif sahələri əhatə edən bir sıra sənədlərə imza atılıb. Səfərin ən vacib məqamı siə Özbəkistanın Türkdilli Ölkələrin Əməkdaşlıq Təşkilatına üzvlüyü barədə razılığın əldə edilməsi idi. Bu faltiki olaraq Özbəkistanın Türkiyə

Ilə yaxınlaşması ilə yanaşı, Ankaranın Orta Asiya regionunda möhkəmlənməsi deməkdir. Nəzərə alsaq ki, hazırda Türkiyə Rusiya ilə bir növ strateji müttəfiqdir, o zaman Ankaranın Orta Asiya regionunda möhkəmlənməsi elə Rusiyanın bu regionda maraqlarının təmin olunması anlamı daşıyır. Ona görə də bu situsiya hazırda Birləşmiş Ştatların heç də ürəyincə deyil. Ona görə də Tramp administrasiyasının Orta Asiya regionuna daha çox diqqət ayırdığı bildirilir. Elə əksər ekspertlər də bu qənaətdədirlər ki, Ağ Ev rəhbərliyinin Orta Asiya regionu ilə bağlı siyasətinə yenidən nəzər salması, bu regionun iki əsas güc mərkəzi sayılan Özbəkistan və Qazaxıstanla  əlaqələrin inkişaf etdirilməsi barədə göstərilən cəhdlər prinsip etibarilə Türkiyə amili ilə bağlıdır. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri. Politoloq Elxan Şahinoğlu deyir ki, Birləşmiş Ştatlar prezidenti Donald Tramp müxtəlif mövzularda sərt və bəzən yanlış hesab etdiyimiz açıqlamalar və qərarlar verərkən Orta Asiya istiqamətində incə siyasət həyata keçirir. Onun sözlərinə görə, Donald Tramp bu ilin yanvar ayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevi, may ayında isə Özbəkistan prezidenti Şövkət Mirziyeyevi Ağ Evə dəvət edib: "Donald Trampla Nursultan Nazarbayevin görüşünün yekunu olaraq Birləşmiş Ştatlar Əfqanıstana silah və sursatın daşınmasında Qazaxıstan ərazisindən də istifadə etməyə başlayıb. Digər tərəfdən Birləşmiş Ştatlar Qazaxıstanın Xəzər dənizindəki iki limanından da istifadə edir".

Elxan Şahinoğlu deyib ki, Ağ Ev Qazaxıstanın ardınca Özbəkistanla da strateji tərəfdaşlıq qurmağa çalışır: "Həm Astana, həm də Daşkənd Amerika ilə bu əməkdaşlığa hazırdılar. Çünki həm Astana, həm də Daşkənd qonşuları Çin və Rusiyadan asılı olmaq istəmirlər, xarici və təhlükəsizlik siyasətində başqa qütblərlə əməkdaşlığa da üstünlük verməyə həvəslidirlər. Bu hər iki dövlətin təbii haqqıdır. Çünki, bu vaxta qədər heç bir dövlət Rusiya ilə strateji müttəfiqlikdən qazanmayıb. Rusiyaya tərəfdaşlar deyil, forpost dövlətlər lazımdır. Bunu Astana və Daşkənd də anladıqlarından Vaşinqtonla sıx təmaslara hazırdılar. Bundan sonra Pentaqon Qazaxıstanla yanaşı Özbəkistan ərazisindən də öz məqsədləri üçün istifadə edəcək".

Politoloqun sözlərinə görə, Birləşmiş Ştatların Qazaxıstan və Özbəkistanla sıx əlaqələri Azərbaycanın da xeyrinədir: "Çünki, biz də xarici və təhlükəsizlik siyasətində yalnız bir dövlətə üstünlük vermək istəmirik. Rusiya öz perimetri boyu Qərbin tərəfdaşlarını sıxışdırmağa çalışır. Ancaq bölgədə Amerika ilə tərəfdaşlıq edən dövlətlərin sayı artdıqca Rusiyanın bütün perimetr boyunca qonşularının hamısına təzyiq etmək imkanları azalacaq, resursları yetməyəcək".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31