Helikopterin apardığı silah konteyneri göydən yerə düşdü

ABŞ-ın Texas ştatında hərbi helikopterlə daşınan silah-sursat konteyneri orta məktəbin üzərinə düşüb.

Hadisə El-Paso şəhərində baş verib.

Qeyd olunur ki, konteyner məktəbin damını zədələyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Konteynerin hansı səbəbdən qopması məlum deyil, insident araşdırılır.

Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31