Erməni deputatın toxunulmazlığı ləğv edilə bilər

Türkiyədə PKK terror təşkilatının siyasi qanadı olan Xalqların Demokratik Partiyasının (HDP) üzvü, erməni əsilli millət vəkili Qaro Paylanın deputat toxunulmazlığı ləğv edilə bilər.  

Türkiyə Böyük Millət Məclisinə (TBMM) deputatın toxunulmazlığının ləğvi barədə sorğu göndərilib.

Ankara Baş Prokurorluğu tərəfindən "Türkiyə dövlətinə təhqir" və "prezidentə təhqir" maddələri ilə açılmış cinayət işinin istintaqı yekunlaşıb. Ədliyyə Nazirliyi deputatın mühakiməsinə razılıq verib.

Qeyd edək ki, Paylan Kanadada yayımlanan "Horizon Weekly" qəzetinə müsahibəsində Türkiyədə "erməni soyqırımı"nın törədildiyini və hələ də davam etdiyini bildirib.

Girəsun Universitetinin keçmiş rektoru, professor, azərbaycanlı Aygün Attar da bu müsahibə ilə bağlı prokurorluğa müraciət edib. Ankara Baş Prokurorluğu Aygün Attarın müraciəti əsasında araşdırma aparıb, Ədliyyə Nazirliyi cinayət işinin başlamasına razılıq verib.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31