Erməni hərbçi ögey atasını amansızlıqla qətlə yetirib

Ermənistan ordusunun hərbçisi, 20 yaşlı Andrey Xalilyan ögey atası, 60 yaşlı Gevorq Matosyanı amansızlıqla qətlə yetirib.

O, mayın 18-də şübhəli şəxs qismində polis şöbəsinə aparılıb.

Məlumata görə, A.Xalilyan müddətsiz hərbi xidmət qulluqçusudur. Onun qətli apreldə məzuniyyətdə olarkən törətdiyi ehtimal edilir.

Xəbərdə qeyd olunub ki, A.Xalilyan ögey atasına qumbara atıb partlatdıqdan sonra onu tövlədə balta ilə doğrayıb. 

Sputnik

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31