Dünya

BMT qaçqın uşaqları ilə bağlı Avropa ölkələrinə müraciət edib

15 Fevral 2019 11:02

Birləşmiş Millətlər Təşkilatı (BMT) Avropa ölkələrinə, həmçinin özünün regional təşkilatlarına vətəndaşlığı olmayan miqrant uşaqlarla bağlı müraciət ünvanlayıb. Hesabatlara görə, hazırda dünyada heç bir ölkənin vətəndaşı və ya təbəəsi olmayan 10 milyona yaxın insan var. Onlardan 500 min nəfəri Avropada yaşayır. Bu insanların hamısı, o cümlədən uşaqlar elementar hüquqlardan məhrumdurlar. BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarının İdarəsindən və UNICEF-dən verilən məlumata görə, vətəndaşlığı və müvafiq sənədləri olmayan azyaşlılar təhsil ala və tibbi xidmətdən istifadə edə bilmirlər. Həmçinin onların sərbəst hərəkət etmə hüququ da yoxdur və gələcəyə heç bir ümidi olmadan diskriminasiya şəraitində yaşayırlar.

Dinozavra bənzəyən SKELET TAPILDI

15 Fevral 2019 10:42

Özbəkistanın Fərqanə vilayətinin sakini evini təmir etdirərkən zirzəminin altından dinazavra bənzəyən heyvan skeleti tapıb. Bu barədə Daşkənddə rus dilində çap olunan “Narodnoe slovo” qəzeti məlumat yayıb. Bildirilir ki, tapılan sümüklər göstərir ki, bu heyvanın güclü uzun ayaqları, iri başı, elastik onurğa sütunu, quyruğu və quş boğazına bənzər boynu olub.