Böyük Britaniyanın XİN rəhbəri: Livandakı münaqişə nəzarətdən çıxmaq üzrədir -
19:01 DünyaBöyük Britaniyanın xarici işlər naziri İvet Kuper Livandakı münaqişənin nəzarətdən çıxmaq üzrı olduğunu bildirib.
Olaylar.az xəbər verir ki, o, İcmalar Palatasındakı çıxışında deyib: "İsrailin hərəkətlərinin ölkədəki mülki əhaliyə təsiri məni dərindən narahat edir. Ölkə fəlakətli humanitar nəticələrə səbəb ola biləcək genişlənən münaqişənin astanasındadır. Artan gərginliyin qarşısını almaq üçün təcili diplomatik tədbirlər görməliyik."
O, Livanda məcburi köçkünlüyün miqyasını "qəbuledilməz" adlandırıb.
Kuper Böyük Britaniyanın Livana və qonşu bölgələrə əlavə 10 milyon funt sterlinq məbləğində humanitar yardım göstərəcəyini açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31