Laricani belə öldürülüb - Təfərrüat

İsrail Müdafiə Ordusu İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi əməliyyatının təfərrüatlarını açıqlayıb.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə İsrail ordusunun bəyanatında bildirilib.

"İsrail Müdafiə Ordusu elan edir ki, Hərbi Hava Qüvvələri ordunun kəşfiyyat məlumatları əsasında və unikal əməliyyat imkanlarından istifadə etməklə dəqiq zərbə endirib. Nəticədə Əli Laricani öldürülüb. Zərbə o, Tehranın yaxınlığında olarkən endirilib", - məlumatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31