Polşa İrana qoşun göndərməyəcək – Tuskdan açıqlama – ÖZƏL
17:27 DünyaOlaylar.az xəbər verir ki, Polşanın baş naziri Donald Tusk bildirib ki, ölkəsi İrana hərbi qüvvə göndərməyi planlaşdırmır, çünki mövcud münaqişə Polşanın təhlükəsizliyinə birbaşa təhdid yaratmır. Onun sözlərinə görə, bu qərar ABŞ və digər müttəfiqlər tərəfindən də anlayışla qarşılanır.
Baş nazir vurğulayıb ki, bu qərar quru, hava və dəniz qüvvələrinə aiddir. Polşa hazırda əsas diqqəti Ukrayna sərhədi yaxınlığında təhlükəsizliyin gücləndirilməsinə və Baltik dənizinin qorunmasına yönəldir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trump müttəfiqləri Hörmüz bölgəsində təhlükəsizliyin təmininə dəstək verməyə çağırmışdı. Almaniya, İspaniya və İtaliya da bu missiyada iştirak etməyəcəklərini açıqlayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31