Okampodan Ermənistandakı Avropa Sammiti öncəsi çağırış – ÖZƏL
16:22 DünyaOlaylar.az xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo sosial şəbəkələrdə yeni kampaniyaya start verildiyini elan edib.
4 may 2026-cı ildə İrəvanda Avropa Siyasi Birliyinin (ASB) 8-ci sammiti keçiriləcək. Okampo Avropa liderlərini guya Bakıda saxlanılan şəxslərin azad edilməsi və Qarabağdan köçmüş ermənilərin hüquqlarını gündəmə gətirməyə çağırır.
O, rəsmi gündəlikdə olmasa da, bu mövzunun müzakirəsinin qaçılmaz olduğunu qeyd edərək, izləyiciləri xüsusi həştəqlərlə (#FreeArmenianHostages və s.) fəallıq göstərməyə səsləyib.
Ertəsi gün isə Ermənistan-Aİ inteqrasiyasını dərinləşdirmək məqsədilə ayrıca görüşün keçirilməsi planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31