Eçmiədzinin keçmiş meri məhkəmədə: Korrupsiya ittihamları və sükut – ÖZƏL

Olaylar.az xəbər verir ki, Eçmiədzin şəhərinin sabiq meri Diana Qasparyan martın 17-də keçirilən məhkəmə iclasında jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. O, daha əvvəl cinayət işini "sirk" adlandıraraq geniş açıqlama verəcəyini vəd etsə də, hələ ki, vədinə əməl etməyib.

Antikorrupsiya Komitəsi "Mülki Müqavilə" partiyasının üzvü olan Qasparyanı və ailə üzvlərini çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edir. İstintaq materiallarına görə Qasparyanın rəhbərliyi dövründə şəhər torpaqları formal hərraclar vasitəsilə ailə üzvlərinə satılıb. Bazar dəyəri 189 milyon dram olan torpaq sahəsi, qayınatasının yaxın tanışına cəmi 52 milyon drama (3.5 dəfə ucuz) satılıb və sonradan qayınatasının mülkiyyətinə keçib. Digər bir sahə isə hərracsız şəkildə əvvəlcə kənar şəxslərə, sonda isə merin qardaşının həyat yoldaşına ötürülüb.

Jurnalistin "Nikol Paşinyan istefa verməlidirmi?" sualına Qasparyan cavab verməkdən yayınıb. Xatırladaq ki, o, 15 may 2025-ci ildə mer vəzifəsindən istefa verərkən bunu korrupsiya qalmaqalları ilə deyil, ailəsinə vaxt ayırmaq istəyi ilə əsaslandırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31