Peskov: Rusiya embarqo dövründə Kubaya bütün mümkün yardımı göstərməyə hazırdır- ÖZƏL
14:05 DünyaMoskva Havanaya bütün mümkün yardımı göstərməyə hazırdır və bu məsələlər kubalı həmkarları ilə müzakirə olunur. Olaylar.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Peskov, Kubaya tətbiq edilən məhdudiyyətlər nəzərə alınmaqla, Moskvanın Havanaya yardım göstərməyə hazır olub-olmadığı ilə bağlı suala cavab olaraq bildirib: "Bu ölkədə əsas humanitar problemlər ortaya çıxır. Biz, Rusiya olaraq, bütün mümkün yardımları göstərməyə hazırıq. Bütün bu məsələlər kubalı həmkarlarımızla müzakirə olunur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31