Koçaryanın baş nazirliyə namizəd olması Kremlin planıdır- ÖZƏL

"Ermənistanın eks-prezidenti R. Koçaryan "Hayastan" bloku tərəfindən baş nazirliyə namizədliyi irəli sürülüb. Rusiyanın dəstək verdiyi R. Koçaryan və iş adamı S.Karapetyanın "Güclü Ermənistan" partiyasının N. Paşinyana qarşı ciddi şəkildə kampaniya aparacağı gözlənilir. Rusiya hər iki partiyanı dəstəklənəklə N. Paşinyanın elektoradini parçalamağa çalışır.Buna baxmayaraq hər iki siyasi təşkilatin N.Pasinyanın qələbəsinə ciddi maneə yaradacağı mümkün görünmür". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "İyunun 7-də keçiriləcək seçkilərdə N. Pasinyan və R. Kocaryan arasında əsas mübarizə olacaq. Rusiyanın dəstək verdiyi, Qarabağ hərəkatanın davam etməsinin vacibliyini vurğulayan, revanşist kilsə rəhbərliyinin dəstək verdiyi R. Koçaryan və Qarabağ hərəkatına qarşı olaraq, sülhü təbliğ edən N. Pasinyan arasında xalq seçim edəcək. 
Ümumiyyətlə R. Koçaryanin namizəd olması, N.Pasinyanın qələbəsini şərtləndirən əsas amillərdən biridir. Amma, Rusiya Ermənistanda seçkilərdə təxribatlara əl ata bilər. Ona görə də Avropa İttifaqı Ermənistana missiya göndərəcək. 
Ermənistan uğrunda Avropa İttifaqı və Rusiya arasında mübarizə yeni müstəvidə davam edəcək. Türkiyə və Azərbaycan hazırkı N. Paşinyanın qələbəsində maraqlıdır. 
Gürcüstan  hakimiyyəti isə, Rusiya ilə birgə R.Koçaryana dəstək verməsi gözlənilir. Gürcüstan hakimiyyəti R. Koçaryanın qələbə qazanmasında maraqlıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31