Xamenei həmin partlayışdan necə xilas oldu?

İranın yeni ali lideri Müctəba Xamenei fevralın 28-də hava hücumundan az öncə binanı tərk etdiyi üçün ölümdən xilas olub.Milli.Az xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.Nəşr eyni hücumda həlak olan Ali Lider Ayətullah Əli Xameneinin protokol rəisi Məzahir Hüseyninin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinə verdiyi açıqlamanın audioyazısına istinad edir."Bu, Allahın iradəsi idi: Müctəba bir iş üçün həyətə çıxmalı və sonra qayıtmalı idi. O, çöldə idi və artıq yuxarı mərtəbəyə qalxırdı ki, binaya raket dəydi. Həyat yoldaşı xanım Zəhra Həddad dərhal həlak oldu", - deyə qəzet Hüseyninin sözlərinə istinadən bildirir.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Əməliyyatın ilk dəqiqələrində endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31