Sinanyan: "Diaspora Qarabağla bağlı heç bir qadağa qoyulmayıb" – ÖZƏL

Ermənistanın Diaspor işləri üzrə komissarı Zare Sinanyan xarici ölkələrdəki erməni icmalarına "Artsax" (Qarabağ) mövzusunda aktivliyi azaltmaq barədə göstəriş verilməsi ilə bağlı iddiaları təkzib edib. 

Olaylar.az xəbər verir ki, 17 martda parlamentdə jurnalistlərin suallarını cavablandıran Sinanyan, nə təşkilatlara, nə də fərdlərə hər hansı təlimatın göndərilmədiyini bildirib.

Sinanyan vurğulayıb ki, Baş nazir Nikol Paşinyan tərəfindən bu mövzuda heç bir tapşırıq verilməyib. Komissar öz bəyanatlarında Ermənistanın hazırkı rəsmi xarici siyasət kursuna sadiq qaldığını və "icazə verilən hədləri" bildiyini qeyd edib.

O, hansı açıqlamaların dövlət siyasətinə uyğun gəldiyini dərk etdiyini və bu çərçivədə fəaliyyət göstərdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31