İran səfiri: Davam edən təcavüz səbəbindən ABŞ ilə danışıqlardan söhbət gedə bilməz- ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın Rusiyadakı səfiri Kazem Cəlali TASS-a bildirib ki, İslam Respublikasına qarşı qəddar təcavüzü nəzərə alsaq, ABŞ ilə danışıqlardan söhbət gedə bilməz. İranlı diplomat məsələ ilə bağlı suala cavab olaraq bildirib ki, "Ölkəmiz hazırda ABŞ və İsrail rejimi tərəfindən vəhşicəsinə hücuma məruz qalır və ölkənin əsas prioriteti milli suverenliyin və ərazi bütövlüyünün qorunmasıdır. Bu şəraitdə heç kim Amerika ilə danışıqlar aparmağı düşünmür. Əlbəttə ki, İran əvvəllər ABŞ ilə dəfələrlə danışıqlar aparıb, son ikisi hazırkı hökumətlə olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31