Əfqanıstan reabilitasiya mərkəzinə hücumdan sonra Pakistana qarşı qisas alacağını vəd etdi- ÖZƏL
11:51 DünyaƏfqanıstan Kabildə narkotik asılılığından müalicə alanların yerləşdirildiyi reabilitasiya mərkəzinə endirilən zərbədən sonra Pakistana qarşı "sarsıdıcı cavab" veriləcəyini bəyan edib.
Olaylar.az xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində paytaxt Kabildə yerləşən mərkəzdə ən azı 400 nəfər həyatını itirib.Nazirliyin açıqlamasında qeyd olunur ki, rəsmi Kabil hadisəni ağır terror aktı və humanitar cinayət kimi qiymətləndirir və buna görə məsul şəxslərin cavab verəcəyini bildirir. Əfqan tərəfi Pakistana qarşı "sarsıdıcı cavab" veriləcəyini vəd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31