İsrail yeni genişmiqyaslı əməliyyat elan etdi – İki ölkə hədəfdə

İsrail Müdafiə Qüvvələri Tehrana yeni genişmiqyaslı hücum dalğasına başlayıb. Globalinfo.az xəbər verir ki, bu barədə qurum öz Telegram kanalında məlumat verib.Bildirilib ki, bununla yanaşı, Livanın şiə hərəkatı "Hizbullah"ın Beyrutdakı infrastrukturuna da bir sıra zərbələr endirilib.Əməliyyatın əlavə təfərrüatları açıqlanmayıb.Bundan əvvəl İsrailin müdafiə naziri İsrael Katz Livanı hədələyərək, "Hizbullah"ı tərksilah etməsə, ərazilərini itirə biləcəyini vurğulamışdı.Eyni zamanda, "Axios" portalı adı açıqlanmayan ABŞ və İsrail rəsmilərinə istinadən bildirib ki, Təl-Əviv "Hizbullah"ın hərbi infrastrukturunu məhv etmək məqsədi ilə Livana genişmiqyaslı hücum planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31