Trampın eks-prezidentlə bağlı iddiası təkzib edildi – ÖZƏL
11:01 DünyaDonald Trampın İran əleyhinə hərbi əməliyyatlarla bağlı keçmiş prezidentlərdən birinin ona dəstək verməsi barədə açıqlaması sual altına düşüb.
Olaylar.az xəbər verir ki, NBC News telekanalının araşdırması göstərir ki, hazırda sağ olan dörd sabiq prezidentin heç biri Trampla belə bir söhbət etməyib.
ABŞ-nin hazırkı lideri bir sabiq prezidentlə danışdığını və həmin şəxsin ABŞ-İsrailin İrana qarşı hərbi əməliyyatını dəstəklədiyini bəyan etmiş, lakin ad çəkməmişdi. Bill Klintonun köməkçisi Trampın qətiyyən ondan bəhs etmədiyini bildirib. Oğul Corc Buş-un nümayəndəsi Trampla heç bir təmasın olmadığını vurğulayıb.
Barak Obama ofisi isə son zamanlar Trampla hər hansı danışığın aparılmadığını açıqlayıb. Mənbələr Baydenin də həmin söhbətdə iştirak etmədiyini təsdiqləyib.
Nəticə etibarilə, Trampın istinad etdiyi "gizli dəstəkçi"nin kimliyi qeyri-müəyyən olaraq qalır və ya iddianın həqiqiliyi şübhə doğurur.