Gürcüstan ABŞ ilə münasibətləri “təmiz səhifədən” başlamağı təklif edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin ABŞ ilə strateji tərəfdaşlığı yenidən qurmağa hazır olduğunu bəyan edib. Baş nazir qeyd edib ki, rəsmi Tbilisi Vaşinqtona münasibətləri "təmiz səhifədən" və konkret yol xəritəsi əsasında yeniləməyi təklif edir.

Kobaxidzenin sözlərinə görə, son vaxtlar baş verən proseslər tərəfdaşlığın bərpası üçün nikbinlik yaradır: "Bizim təklifimiz bəllidir. İndi növbə Amerika tərəfindədir və biz onların mövqeyini səbirlə gözləyirik."

Baş nazir vurğulayıb ki, strateji tərəfdaşlığın gələcəyi tamamilə ABŞ-nin atacağı addımlardan asılıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31