İvlev: Zelenski Ukraynada seçki və partiya sistemini məhv edib ÖZƏL

Ukrayna prezidenti Volodimir Zelenski ölkədə müxalifəti repressiyaya məruz qoyaraq partiya və seçki sistemini faktiki olaraq məhv edib. Bu şəraitdə Ukraynada açıq və ədalətli prezident seçkilərinin keçirilməsi demək olar ki, mümkün deyil. Olaylar.az xəbər verir ki, bu barədə Krım Respublikasından Rusiya Dövlət Dumasının deputatı, ehtiyatda olan general-mayor Leonid İvlev TASS agentliyinə müsahibəsində bildirib.
İvlevin sözlərinə görə, Ukraynada partiya sistemi demək olar ki, dağıdılıb, bir çox partiyalar faktiki olaraq fəaliyyətini dayandırıb, onların liderlərinin bir qismi isə ya ölkədən gedib, ya da həbsdədir. Deputat qeyd edib ki, belə şəraitdə prezidentliyə namizədlərin irəli sürülməsi üçün siyasi mexanizmlər qalmayıb.
"Seçkilər inkişaf etmiş vətəndaş cəmiyyətinin məhsuludur. Ukraynada isə partiya sistemi darmadağın edilib, partiyalar faktiki olaraq dağıdılıb. Bir çox partiya liderləri ya sürgündədir, ya da həbsdədir. Bu halda prezidentliyə namizədləri kim irəli sürəcək?"-deyə o bildirib.
İvlev həmçinin vurğulayıb ki, Ukraynada onsuz da daimi fəaliyyət göstərən seçki sistemi yox idi və mövcud olan mexanizmlər də aradan qaldırılıb. Onun fikrincə, belə şəraitdə seçkilərin keçirilməsi real görünmür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31