Lavrovdan xəbərdarlıq: "ABŞ-nin addımları İranı nüvə silahı əldə etməyə sövq edə bilər" ÖZƏL
15:30 DünyaRusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-nin İrana qarşı siyasətinin regionda gözlənilməz və təhlükəli nəticələrə yol aça biləcəyi barədə xəbərdarlıq edib.
Olaylar.az xəbər verir ki, "RİA Novosti"nin məlumatına görə, nazir Vaşinqtonun təzyiqlərinin Tehranda nüvə silahına sahib olmaq istəyən qüvvələri hərəkətə keçirə biləcəyini vurğulayıb.
Lavrov qeyd edib ki, əgər mümkün münaqişə İranın uranı dinc məqsədlərlə zənginləşdirmək hüququndan məhrum edilməsi üzərində qurulursa, bu, əks-effekt verəcək: "Əgər bu məntiq irəli sürülərsə, zəmanət verirəm ki, İranda məhz amerikalıların qaçmaq istədiyi şeyi etmək - nüvə bombası əldə etmək tərəfdarı olan nüfuzlu hərəkatlar və qüvvələr yaranacaq. Çünki ABŞ nüvə bombası olanlara hücum etmir", - deyə Rusiya XİN rəhbəri bildirib.
Nazirin sözlərinə görə, İranın uranı dinc məqsədlərlə zənginləşdirməsi onun beynəlxalq hüquqla tanınan ayrılmaz hüququdur və bu hüququn boğulması İran daxilində radikal qərarların verilməsinə zəmin yaradır.