İran regionda sabitliyin qorunması üzrə diplomatik səyləri alqışlayıb

İran regionda sabitliyin qorunması, gərginliyin azaldılması istiqamətində region ölkələrinin, xüsusilə Misirin koordinasiyası və konstruktiv rolunu, eləcə də diplomatik səylərini alqışlayır.

Bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün (4 fevral) Misirin xarici işlər naziri Bədr Abdelati ilə telefon söhbətində deyib.

Telefon söhbətində regional proseslərin son vəziyyəti haqda fikir mübadiləsi aparılıb və region ölkələri arasında yaxın məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Misirin xarici işlər naziri Bədr Abdelati də ölkəsinin regionda sülhün qorunması üçün ciddiliyini bir daha qeyd edib və Misirin istənilən diplomatik həll yolunu dəstəklədiyini bildirib.

Qeyd edək ki, son vaxtlar İran və ABŞ arasında gərginliyin artması fonunda region ölkələri problemlərin diplomatik yolla həll edilməsinin əhəmiyyətini qeyd edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31